250px|thumb|290px|Brokhauz və Efronun ensiklopedik lüğətindən çaxartaq şəkili

Çaxartaq () qübbəli və dörd tərəfində dörd tağlı kub formasında bir tikilidir. Sasanilər dövründə (III-VII əsrlər) meydana gəlmişdir. Çaxartağın prototipi hələ günbəzi olmayan tetrapilon ola bilər. Çaxartaq kəsilmiş daşdan tikilib və üstü suvaqla örtülmüşdür. Başlanğıcda Zərdüşt ibadətgahları çaxartaq şəklində idi; daha sonra İslam memarlığı çaxartaq məscid və məqbərələrin inşası üçün uyğunlaşdırmışdır. Xüsusilə İsfahan məscidinin təməli, kubik formadan yarım kürə günbəz formasına keçidin trompetin köməyi ilə əldə edildiyi çaxartaq formasında idi.

Kateqoriya:Tağ və qübbələr Kateqoriya:İran memarlığı Kateqoriya:Fars mədəniyyəti Kateqoriya:İran ixtiraları Kateqoriya:İslam memarlığı elementləri Kateqoriya:Qübbələr Kateqoriya:Bina növləri