İran Prezidenti () — İranda Ali Rəhbərdən sonra ikinci ən yüksək siyasi vəzifə.
İranda prezident xalq tərəfindən 4 illik seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz.
İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz.
O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir.
Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır.
Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.
1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək səkkiz nəfər tutub:
Tarixi 1979-cu ilin fevralında baş verən İran İslam İnqilabından sonra şah Məhəmməd Rza Pəhləvi devrilmiş, Pəhləvilər ailəsi isə İrandan sürgün edilmişdir. İranı həmin dönəmdə müvəqqəti olaraq İslam İnqilabı Şurası idarə edirdi. 1979-cu ilin 30 martında "Monarxiya rejimi əvəzinə İranda islam dövlətinin qurulması ilə razısınızmı?" sualı ilə referendum baş tutmuşdur. Seçicilərin 99,30 faizi bu referenduma "hə" demişdir. Bundan sonra İslam inqilabının lideri Seyid Ayətullah Ruhullah Xomeyni yeni Konstitusiyanın hazırlanması ilə bağlı Ekspertlər Şurasının yaradılması və həmin orqana seçkilərin baş tutması ilə bağlı tapşırıq vermişdir. Şura 1979-cu ilin oktyabrında yeni Konstitusiya layihəsini təqdim etmişdir. Ruhullah Xomeyni və İranın Baş naziri Mehdi Bazərgan isə onu təsdiqləmişdir. Həmin ilin 2 dekabrında "İslam Konstitusiyasının lehinəsinizmi?" sualı ilə baş tutan referendumun nəticələrinə əsasən seçicilərin 99,50 faizi "hə" demişdir və Konstitusiya layihəsi qəbul edilmişdir. Konstitusiyaya əsasən İslam İnqilabının Ali Rəhbəri dövlət başçısı, prezident və baş nazir isə hökumət başçısı olaraq müəyyən edilmişdir. Baş nazir vəzifəsi sonradan, 1989-cu ildə ləğv edilmişdir.
İran prezidentlərinin siyahısı S/SFotoPrezidentVəzifə müddətiQanadSeçkiƏvvəlki vəzifəsiGəldiyi tarixGetdiyi tarixMüddət1.190x190px|alt=Seyid Əbülhəsən Banisədr (1933–2021) سید ابوالحسن بنیصدر4 fevral 198022 iyun 19811 il, 138 gün1980İranın maliyyə naziri (1979–1980)22 iyun 1981-ci ildə İslam Şurası Məclisi impiçment elan edib.22 iyun 1981-ci il — 2 avqust 1981-ci il tarixlərində prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurasına verilmişdir.2.162x162px|alt=Məhəmmədəli Rəcai (1933–1981) محمدعلی رجائی2 avqust 198130 avqust 1981 †28 gün1981İranın Baş naziri (1980–1981)30 avqust 1981-ci ildə terror hücumu nəticəsində öldürülüb.30 iyun 1981-ci il — 9 oktyabr 1981-ci il tarixlərində prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurasına verilmişdir.3.166x166px|alt=Seyid Əli Xamenei (1939–2026) علی خامنه ای13 oktyabr 198116 avqust 19854 il, 6 gün1981İslam Şurası Məclisinin üzvü (1980–1981)16 avqust 19853 avqust 19894 il, 305 gün1985–4.170x170px|alt=Əkbər Rəfsəncani (1934–2017) اکبر هاشمی رفسنجانی3 avqust 19893 avqust 19934 il, 352 gün1989İslam Şurası Məclisinin sədri (1980–1989)3 avqust 19933 avqust 19974 il1993–5.168x168px|alt=Seyid Məhəmməd Hatəmi (1943—) محمد خاتمی3 avqust 19978 avqust 20014 il1997İranın mədəniyyət naziri (1982–1992)8 avqust 20013 avqust 20054 il2001–6.165x165px|alt=Mahmud Əhmədinejad (1956—) محمود احمدینژاد3 avqust 20055 avqust 20094 il2005Tehran şəhərinin meri (2003–2005)5 avqust 20093 avqust 20134 il2009–7.162x162px|alt=Həsən Ruhani (1948—) حسن روحانی3 avqust 20133 avqust 20174 il2013Ali Milli Təhlükəsizlik Şurasının Katibi (1989–2005)3 avqust 20173 avqust 20214 il2017–8.154x154px|alt=Seyid İbrahim Rəisi (1960–2024) ابراهیم رئیسی3 avqust 202119 may 2024 †2 il, 290 gün2021İran ədliyyəsinin rəhbəri (2019–2021)19 may 2024-cü ildə vertolyot qəzası nəticəsində ölüb.19 may 2024-cü il — 28 iyul 2024-cü il tarixlərində prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurasına verilmişdir.9.154x154px|alt=Məsud Pezeşkian (1954—) محمد مخبر28 iyul 2024hal-hazırdabitərəf2024İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005)
İstinadlar
Kateqoriya:Ölkələrinə görə prezidentlərin siyahıları
Kateqoriya:İranın dövlət quruluşu