Qaraqorum (), orta əsrlərdə Qara Xorum () — orta əsrlərdə monqol dövlətinin paytaxtı. Şəhərin adının mənası qədim türk dilində "Qara daşlar" mənasındadır.

Tarixi Şəhərin xarabalığı Orxon çayının yuxarı axınındadır. Əsasını Çingiz xan qoymuşdur (1220). 1235–1264-cü illərdə Böyük Monqol imperiyasının paytaxtı olmuşdur. XVI əsrə qədər mövcud olmuşdur. Çin salnamələrində, XIII əsr Avropa səyyahlarının (Plano Karpini, Marko Polo və V. Rubruk) xatirələrində Qaraqorum haqqında məlumat var. Rus alimlərindən N. M. Yadrinsev Qaraqorumun yerini müəyyənləşdirmiş (1889), A. M. Pozdneyev isə tarixi məlumatlar əsasında bunu təsdiq etmişdir. Sovet və monqol arxeoloqlarının birgə qazıntıları zamanı (1948–1949) Qaraqorumun cənub-qərbində Ugedeyin sarayının qalıqları, onun altında isə divarlarında rəsmlər olan bütxana (XII əsrin sonu — XIII əsrin əvvəlinə aid) aşkar olunmuşdur. Şəhərin mərkəzi hissəsində ticarət-sənətkarlıq məhəllələri və s. obyektlər tədqiq edilmişdir.

İstinadlar

Mənbə Древнемонгольские города. М.: 1965.

Kateqoriya:Monqol imperiyası Kateqoriya:Monqolustan şəhərləri Kateqoriya:Monqolustandakı ümumdünya irsi Kateqoriya:Çingiz xan