Mustafa İsmət İnönü (; ) — Türkiyə Respublikasının 2-ci prezidenti, 1-ci, 3-cü və 13-cü baş naziri. Etnik kökən olaraq kürd"Turkey Unveiled: A History of Modern Turkey" N. Pope, H. Pope. — 1998.; isbn 1-58567-096-0 ;— sayfa 254; alıntı:… president of republic, including Ismet Inönü and Turqut Özal, had Kurdish blood. Several cabinet miisters in 1980s and 1990s had been Kurdish… olan İsmət İnönü Bitlisli Kürümoğulları nəslindən olmuşdur.aksav.com — Ahlat Gazetesi, Ahlat Kültür Sanat ve Çevre Vakfı'nın yayın organı: Kürüm’lerin soy ağacı "Kürümoğulları" mənşə etibarilə türk-oğuz boyu olan "Göklən"lərin törəmələridirlər.
Prezident vəzifəsini Mustafa Kamal Atatürkün ölümündən bir gün sonra, 11 noyabr 1938–22 may 1950-ci illər arasında icra edib. Cümhuriyyət Xalq Partiyası konqresi tərəfindən ona "Milli şef" ünvanı verilmişdir. İnönü İstiqlaliyyət müharibəsində iştirak etmiş, Lozanna müqaviləsini imzalamış və dəfələrlə baş nazir vəzifəsini icra etmişdir. 1925–1937 illərdə 12 il fasiləsiz baş nazir olmasına baxmayaraq, Türkiyə Cümhuriyyəti tarixinin ən uzun müddətdə: cəmi 17 il 11 aylıq bir müddətdə baş naziri olmuş şəxsdir.
Türkiyə Qurtuluş Savaşı dövründəki 1-ci və 2-ci İnönü döyüşlərində göstərdiyi xidmətlərə görə 1934-cü ildə Türkiyədə "Soyadı Qanunu" qəbul edildikdən sonra Mustafa Kamal Atatürk tərəfindən Mustafa İsmət Paşaya İnönü soyadı verilib.
Erkən həyatı və Osmanlı dövrü İsmət İnönü 24 sentyabr 1884-cü ildə İzmirdə Rəşid Əfəndi və Cevriyə Təməlli xanımın ikinci oğlu olaraq dünyaya gəlib. Rəşid Əfəndi əslən Bitlisin tanınmış kürd ailələrindən biri olan Kürümoğulları nəslindəndir. Rəşidin atası Əbdülfəttah Əfəndi Malatyaya köçür. Anası Cevriyə (1867–1959) əslən Razqraddan (Bolqarıstan) idi və atası Razqrad ülaməsindən Müdərris Həsən Əfəndi 1870-ci illərdə İstanbula köçür. 1880-ci ildə İstanbulda evlənən Cevriyə və Rəşidin Əhməd Mithat (1882–1960) və ikinci övladları olan İsmətdən başqa daha iki oğulları: Həsən Rıza (d.1972) və Hayri Təməlli dünyaya gəlib. Onların Səniha Okatan (q. 1969) adlı bir qız övladıda olub.
Təhsili İsmət İnönü ibtidai və orta təhsilini Sivasda tamamlayıb. 1895-ci ildə Sivas Mülkiyə məktəbinə yazılan İnönü 1896-cı ildə məzun olub. 1897-ci ildə İstanbulda Mühəndislik Xidməti liseyində təhsilini davam etdirib. 14 fevral 1901-ci ildə Mühendishanəyi Berr-i Hümayuna (top məktəbi) daxil olaraq, 1 sentyabr 1903-cü ildə topçu leytenant olaraq məzun olub. 26 sentyabr 1906-cı ildə Hərbi Akademiyanı birincilikə bitirərək heyət kapitanı rütbəsi ilə Ədirnədəki 2-ci Ordunun 8-ci Topçu alayında 3-cü Batareya diviziyasının komandiri kimi heyət stajını tamamlayıb.
Hərbi xidməti Orduda ilk illəri 1908-ci ildə 2-ci Süvari partiyasının qurucusu oldu və 31 mart üsyanında Hərəkat ordusunun Baş Qərargahında xidmət etdi. 1910-cu ildə 4-cü Korpus Heyətinə təyin edildi və 1911-ci ildə Yəmən Qüvvələri Heyət komandirliyinin qurucusu oldu. 26 aprel 1912-ci ildə mayor rütbəsinə yüksəldi və Yəmən Baş Komandanlığının Baş qərargah rəisi təyin edildi.
1912–1913-cü illərdə Hərbi Nazirliyinin I Baş Komandanlığı qərargahında olmuş və İkinci Balkan müharibəsi dövründə Çatalca Ordusu Sağ cinah komandiri vəzifəsinə təyin olunmuşdur. Müharibədən sonra İstanbul müqaviləsinin bağlanması üçün bolqarlarla danışıqlar aparan heyətə hərbi məsləhətçi kimi qatılıb.
1914-cü ildə Hərbi Nazir və Baş Qərargah Döyüş Başçısı vəzifəsinə təyin olunan Ənvər Paşanın başlatdığı ordu islahatında böyük rol oynayıb.
Birinci Dünya müharibəsi
29 noyabr 1914-cü ildə vilayət qubernatoru (podpolkovnik) rütbəsinə yüksələn İnönü 2 dekabr 1914-cü ildə Baş Qərargahın 1-ci Şöbə müdiri təyin edilib. 9 oktyabr 1915-ci ildə 2-ci Ordu Baş qərargah rəisi təyin edilərək, 14 dekabr 1915-ci ildə polkovnik rütbəsinə yüksəlib.
Birinci Dünya müharibəsi dövründə Mustafa Kamal Paşa ilə Qafqaz Cəbhəsində Korpus komandiri kimi xidmət edib. Bu vaxt Mustafa Kamal Paşa bu ordunun 16-cı Korpusunun komandiri təyin edilmişdi. 1916-cı ilin yayında bir müddət qarşıdurmalara nəzrət edən İnönü 12 yanvar 1917-ci ildə, 2-ci Ordu Komandir köməkçisi Mustafa Kamal Paşanın tövsiyəsi ilə 4-cü Korpus komandirliyinə təyin edilib.
Bir müddətdən sonra İstanbula çağrılan İnönü Hələbdəki 7-ci Ordunun qurulmasında iştirak edib. 1 may 1917-ci ildə Fələstin Cəbhəsinin 20-ci Korpus komandanlığına, 20 iyunda isə 3-cü Korpus komandirliyinə təyin edilib. Bu vaxt 7-ci Ordunun komandanlığını boyun almış Mustafa Kamal Paşa ilə daha da yaxın olub. Ancaq Meqiddo döyüşü zamanı yaralandığı üçün İstanbula göndərilib.
Qurtuluş savaşı
Mudros müqaviləsini imzalamadan bir müddət əvvəl Sinay və Fələstin Cəbhəsindəki İldırım Ordular qrupunun generalı Edmund Allenbiyə qarşı Nablus məğlubiyyəti əsnasında yaralanan İsmət Paşa İstanbula dönüb. 24 oktyabr 1918-ci ildə Hərbi Nazirliyinin Müsteşarlığına təyin edilib. 29 dekabr 1919-cu ildə Paris Sülh Konfransına hazırlaşmaq üçün yaradılan komissiyada hərbi məsləhətçi olub. 1919-cu il avqustun 4-də yalnızca səkkiz günlük Hərbi Şura Ümumi müdirliyinə, müəyyən müddətə isə jandarma və polis təşkilatını inkişaf etdirmək üçün qurulan komissiyaya üzv təyin edilib. Bütün bunlar onun həyatının bir neçə günlük missiyaları idi.
İlk dəfə 8 yanvar 1920-ci ildə Ankaraya gedən İsmət Paşa, Mustafa Kamal Paşa ilə qısa müddətliyinə çalışıb. Fevral ayının sonunda yeni qurulan Əli Rza Paşa hökumətinin hərbi naziri olan Fevzi Çaxmağın çağırışı ilə İstanbula gedib. 9 aprel 1920-ci ildə Mustafa Kamal Paşanın çağırışı ilə yenidən Ankaraya dönüb.
23 aprel 1920-ci ildə açılan Türkiyə Böyük Millət Məclisinə Ədirnədən millət vəkili olaraq seçilib.
3 may 1920-ci ildə Türk Silahlı Qüvvələri Baş Qərargah rəisi təyin edilib. 10 noyabr 1920-ci ildə millət vəkili və müavin vəzifəsinə xələl gətirmədən Qərb Cəbhəsinin (Yunan-Türk Müharibəsi (1919–1922)) Şimali Bölmə komandanlığına təyin edildi. Çərkəz Ethəm üsyanının və daxili qiyamların yatırılmasında fəal rol oynadı. Qərb Cəbhəsi Şimal Bölmə komandiri olaraq 1921-ci ilin yanvarında yunanların irəliləməsini dayandırdıqda, 5 illik miralay rütbəsindən mirliva rütbəsinə yüksəldi və Paşa oldu. 4 may 1921-ci ildə Qərb Cəbhəsi komandiri təyin edildi. Lakin 17 iyul 1921-ci ildə Kütahya-Əskişehir döyüşlərində məğlub olduğu üçün Baş qərargah rəisi vəzifəsindən azad edildi. Onun yerinə 3 avqust 1921-ci ildə eyni zamanda Milli Müdafiə və Müdafiə vəkili olan Fevzi Çaxmaq Paşa gəldi.
Daha sonra Sakarya döyüşü zamanı TBMM sədri Mustafa Kamal Paşanın Türkiyə Böyük Millət Məclisi tərəfindən Ali Baş Komandan təyin edilməsindən sonra Mirliva rütbəsi ilə Qərb Cəbhəsi komandiri vəzifəsini icra etdi. Böyük hücumdan sonra qazandığı uğurlara görə Feriki əvvəl rütbəsinə yüksəldi. İzmir geri alındıqdan sonra Mustafa Kamal Paşa tərəfindən atəşkəs haqqında danışıqlar aparılması üçün ona vəzifə verildi və Mudanyaya göndərildi.
Siyasi həyatı
Cumhuriyyətdən öncə 1922-ci il 3 oktyabr — 11 oktyabr arasında Milli Mübarizənin sona çatdığı Mudanya barışığı danışıqlarında Türk tərəfini təmsil etdi. 26 oktyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Xarici İşlər naziri seçildi. Lozanna danışıqlarında heyətə rəhbərlik etdi; yeni dövlətin müstəqilliyini və suverenliyini təsdiqləyən Lozanna müqaviləsi imzalandıqdan sonra Sevr və Mudros müqavilələri qüvvədən salındı.
Əli Fəthi Okyarın təsis etdiyi 5-ci Deputat İcra heyətində Xarici İşlər üzrə vəkil vəzifəsində çalışıb. 23 avqust 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Lozanna müqaviləsinin qəbul edilməsi, siyasi-diplomatik uğurlarının ən əhəmiyyətlisi idi.
Cümhuriyyət və baş nazir olduğu illəri 29 oktyabr 1923-cü ildə Türkiyənin respublika elan edilməsi ilə o, Mustafa Kamal ilə sıx siyasi iş birliyində olub. 30 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin ilk hökumətini qurararq Xalq Partiyası (daha sonra Cümhuriyyət Xalq Partiyası və ya CHP) sədr müavinliyini üstələnib.
İlk baş nazirlik dövründə Cümhuriyyətin ilk islahatlarına başlandı. Təhsilin birləşdirilməsi, xəlifəliyin ləğvi və Dəyanət İşləri Müdirliyinin yaradılması (3 mart 1924) bu dövrdə baş verdi. İki dövr baş nazir olduqdan sonra müxalifət partiyası olaraq qurulan Tərəqqi Cümhuriyyət Partiyası Çankayaya qarşı olan müxalif mövqeyini hökumət üzərindən həyata keçirtməsi, 8 noyabr 1924-cü ildə prezident Mustafa Kamalın istəyi üzərinə baş nazirlikdən istefa verdi. Fəthi bəy 21 noyabr 1924-cü ildə yeni hökuməti qurdu. Fəthi bəyin şərqdəki Şeyx Səid üsyanına gec müdaxilə etməsi və istefası səbəbiylə prezident Mustafa Kamal tərəfindən 3 mart 1925-ci ildə ona, hökuməti yenidən qurmaq tapşırıldı. Üsyanın yatırılmasında baş nazir olaraq əhəmiyyətli rol oynadı. 6 Mart 1925-ci ildə Təkrir-i Sükun qanunu qüvvəyə mindi və İstiqlal məhkəmələrini yenidən qurdu. Bu qanuna əsasən bütün müxalifət partiyaları və müxalifət qəzetləri bağlandı. 1926-cı ildə ordu generalı rütbəsinə yüksəldi. 1927-ci ildə öz istəyi ilə hərbi xidmətdən təqaüdə çıxdı. Bu tarixdən sonra Mustafa Kamalla birlikdə yeni dövlətin qurulmasında ən mühüm siyasi fiqur oldu.
1932-ci ildə Sovet İttifaqı ilə diplomatik yaxınlaşma məqsədilə Moskvaya getdi. 1932-ci il 25 aprel — 10 may tarixləri arasında bəzi görüşlər keçirildi. İnönü Moskvaya getmək məqsədini belə izah edir;İsmet İnönü Moskova'ya niçin ısrarla davet edilmişti? , 20 Şubat 2013, Erişim tarihi: 23 Ekim 2016.
1934-cü ildə Soyad Qanunu qüvvəyə mindikdən sonra İnönü soyadı ona, Mustafa Kamal Atatürk tərəfindən verilib. 1924-cü ildən 1937-ci ilə qədər davamlı olaraq baş nazir vəzifəsində çalışıb. Bu dövrdə ölkədəki bütün mühüm siyasi proseslərdə; islahatların elan edilməsində və həyata keçirilməsində, iqtisadi siyasətdə etatizm prinsipinin qəbul edilməsində və həyata keçirilməsində və yeni dövlətin qurulmasında çox mühüm rol oynadı.
1936-cı ildə faşizmi araşdırmaq üçün İtaliyaya göndərilən CHP Baş katibi Rəcəb Pekərin geri döndükdən sonra Türkiyə Böyük Millət Məclisi üzərində "Faşist Şurası" qurulmasına dair hesabatı təsdiqləyib, imzalamasından sonra prezident Mustafa Kamal Atatürk; "Baş nazir həzrətləri yorğunluq səbəbi ilə,önünə gələn bütün hesabatları oxumadan imzalayır!" dedi və qərarı ləğv etdi. Dersim üsyanının yatırılması zamanı yaranan fikir ayrılıqları səbəbi ilə, 1937-ci ilin sentyabrında prezident Mustafa Kamal Atatürk tərəfindən baş nazirlikdən və CHP sədr müavinliyi vəzifəsindən istefaya göndərildi , yerinə Cəlal Bayar təyin edildi. Bu dövrdə yalnız Türkiyə Böyük Millət Məclisində Malatya millət vəkili vəzifəsini icra etdi.
Prezidentliyi (1938–1950) Mustafa Kamal Atatürkün 10 noyabr 1938-ci ildə vəfatından sonra, 11 noyabr 1938-ci ildə toplanan Türkiyə Böyük Millət Məclisi tərəfindən yekdilliklə prezident seçildi. 26 dekabr 1938-ci ildə keçirilmiş CHP I Fövqəladə Qurultayında partiyanın "dəyişməz lideri" seçilib və "Milli şef" unvanına layiq görülüb.
30 dekabr 1925-ci il tarixli 701 saylı qanunla və 16 mart 1926-cı il tarixli 3322 saylı fərmanla prezidentin şəklinin 50, 100, 500 və 1.000 lirəlik əskinasların üz qabıqlarında olmasına qərar verilib. Buna əsasən pul və möhürlərdəki Atatürk şəkilləri götürülərək əvəzinə İsmət İnönünün portretlərindən istifadə edilib.
Prezident seçildikdən sonra başlayan İkinci Dünya müharibəsi zamanı ölkəsini müharibədən uzaq tutmağa çalışdı. Müharibə illərindəki iqtisadi və sosial problemlər dövrün unudulmaz mirası olaraq qaldı. "Varlıq vergisi" nin tətbiqinə başladıldı. Həm də bu dövrdə Həsən Əli Yücəlin rəhbərliyi altında Kənd İnstitutları quruldu. Bu institutlar sonrakı illərdə bağlanana qədər 20.000 tələbə kənd müəllimi kimi yetişdirildi. Bundan başqa prezidentliyi dövründə musiqidə xüsusi istedadı olan kiçik yaşlı uşaqların bu sahədə yaxşı təhsil almasını təmin etmək üçün "Möhtəşəm uşaqlar qanunu" ilə İdil Biret və Suna Kan kimi sənətçilərin yetişdirilməsində böyük rolu olmuşdur. thumb|right|250px|Franklin Delano Ruzvelt, İnönü və Vinston Çörçill, 4–6 dekabr 1943-cü il İkinci Qahirə konfransında