Mtirala Milli Parkı () — Acarıstan bölgəsində, Gürcüstanda yerləşən milli park.
Tarixi Mtirala Milli Parkı 2007-ci ildə qurulub. Gürcüstanın Batumi şəhərindən 40 km uzaqlıqda yerləşir. Qaradənizə yaxın ərazidədir. SSRİ dövründə bura ən yağışlı ərazilərdən biri idi.
Haqqında Parkın adı, orada yerləşən Mtirala dağına görə adlandırılmışdır. Dəniz səviyəsindən 1.761m yüksəklikdə yerləşir. Adı tərcümədə "Ağlayan dağ" mənasına gəlir. Dağ Kobuleti və Çakvi bölgəsində yerləşir. Günümüzdə, Mtirala Milli Parkının mərkəzində, eyni adı daşıyan çayın kənarında Çakvistavi kəndi var. Parkın ərazisi təxmini altı min hektardır.https://tr.public-welfare.com/3943579-mtirala-national-park-in-georgia-overview-interesting-facts-and-reviews
Parkın xüsusiyətləri Mtirala Milli Parkı, şəlalələri və gölləri olan subtropik dağdır. Tez-tez yağış yağdığına görə hava şəraiti həmişə nəm olur. Park iki əsas mənzərəyə sahibdir. Bunlar şəlalə və dağ gölüdür. Cəlb edən gözəlliyi ilə, zəngin təbiət örtüyünə görə bura, çox vaxt "Gürcü meşəsi" adlandırılır.
Bitki örtüyü Park əkin şabalıdı və şərq fıstığı ağacları ilə sıxdır.
Hava şəraiti Parkın il boyu havası dumanlı və yağışlı olur.
Heyvan dünyası Bugünkü gün parkda 95 heyvan növü yaşayır. İlanlar, kərtənkələlər, tritonlar və qurbağalar. Kiçik məməlilərdən biri sincab və biridə dovşandır. Meşədə vaşaq, tülkü və ya bir porsuqla qarşılaşma ehtimalı yüksəkdir. Əksər hallarda parkda qabanda görünür.
İstinadlar
Kateqoriya:Gürcüstan milli parkları Kateqoriya:Gürcüstan parkları Kateqoriya:2006-cı ildə yaradılmış qoruq əraziləri