Skerişoara mağarası (, ) ― Rumıniyada, Karpat dağlarının bir hissəsi olan Apuseni dağlarındakı ən böyük buz mağaralarından biri. Bura turistik məkan və Rumıniyanın təbii möcüzələrindən biri sayılır. Mağara həm də bir buzlaq mağarası olaraq təyin edilmişdir.
Tarix Mağra haqqında ilk dəfə 1863-cü ildə, ərazidə bəzi müşahidələr aparmış və mağaranın ilk xəritəsini tərtib etmiş Avstriya coğrafiyaşünası Arnold Şmidl tərəfindən məlumat verilmişdir. Daha sonra 1921–1923-cü illər arasında Rumıniyalı alim və speleoloq Emil Rakoviçe ərazini tədqiq etmiş,Steve Kokker, Cathryn Kemp (2004). Romania & Moldova, Lonely Planet Publications, p. 232. və haqqında 1927-ci ildə yazdığı Speologia (Speleology) əsərində məlumat vermişdir. Buz mağarası 3500 il əvvəl, ərazidəki dağların qar və buzla örtüldüyü buzlaşma zamanı meydana gəlmişdir. Mağaranın insanlar tərəfindən ilk dəfə kəşf edildiyi dəqiq tarix məlum deyil.
Təsvir Mağara dəniz səviyyəsindən təxminən yüksəklikdə yerləşir. dərinliyində və uzunluğundadır. diametrində olan girişdən başlayan dəmir pilləkənlər uzunluğu , genişliyi olan böyük otağa, Böyük Zala aparır. Böyük Zalda təxminən hündürlüyündə buz qayası vardır.
Mağaradakı buzun təxmin edilən həcmi 75,000 m³-dir və bəzi yerlərdə qalınlığı -ə çatır. Mağaranın temperaruru +1 °C-ə, qışda isə −7 °C-yə qədərdir. Turistlər üçün hissədə orta istilik 0 °C civarındadır. Buz mağarasında yarasalar və həmçinin Pholeuon prozerpinae glaciale adı verilən kiçik böcəklər (2–3 mm uzunluğunda) yaşayır. Mağarada qarapaça skeleti tapılmışdır.
Giriş Mağaranın turistlər üçün açıq olan hissəsinə girişi, Böyük Zalı və kilsə daxildir. Digər otaqlar Kluj-Napoka Speoloji İnstitutunun razılığı ilə elmi araşdırmalar üçün qorunur.
İstinadlar
Xarici keçidlər Skerişoara mağarası — Romanian Monasteries.org
Kateqoriya:Rumıniyanın görməli yerləri Kateqoriya:Ekskursiya mağaraları Kateqoriya:Rumıniya mağaraları Kateqoriya:Transilvaniya coğrafiyası