Gəncə Dövlət Rəsm Qalereyası — Gəncə Dövlət Rəsm Qalereyası (GDRQ) 1980-ci ildə yaradılıb. Gəncə şəhəri, Atatürk prospektində yerləşir. Qalereyada eksponatların sayı 41 ədəddir. Burada Azərbaycanın Telman Cəfərov, Faiq Osmanov və s. kimi tanınmış rəssamlarla yanaşı, Gəncə rəssamların da əsərləri nümayiş etdirilir.
Haqqında Gəncə Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əmri ilə 1984-cü ilin aprel ayının 15-də yaradılmışdır. Gəncə Dövlət Rəsm Qalereyasının açılışında Ulu öndər Heydər Əliyev cənabları iştirak etmişdir. İlk növbədə Gəncə Dövlət Rəsm Qalereyasının rəhbəri mərhum Fazil Əliyev, sonralar isə uzun müddət işləmiş rəssam Telman Cəfərov olmuşdur. 2004-cü ildən isə Rəsm Qalereyasına xalçaçı-rəssam Osman Faiq Məcid oğlu rəhbərlik edir. Gəncə Dövlət Rəsm Qalereyası bu günə kimi bir çox respublika və beynəlxalq miqyaslı sərgilərdə iştirak etmişdir. Gəncə Dövlət Rəsm Qalereyası 2014-cü ildən Məhsəti Gəncəvi Mərkəzində öz fəaliyyətini davam etdirir. Qalereyanın fondunda 58 ədəd rəsm və rəngarlıq əsərləri daxildir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Gəncə Gəncə Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan Dövlət Rəsm Qalereyaları Telman Cəfərov
Kateqoriya:Azərbaycan rəsm qalereyaları