Uzun Günbəz türbəsi — Elxanilər dönəmində Qəzvində Həmdullah Qəzvini şərəfinə tikilmiş tarixi türbə.

Haqqında Türbə 13-cü və 14-cü yüzilliklərin arasında, Elxanilər dönəminin görkəmli coğrafiyaçı və tarixçisi olan Həmdullah Qəzvininin məqbərəsi üstündə tikilmişdir. Türbə hazırkı Qəzvinin Mələkabad məhəlləsində, sıx yaşayış evlərinin arasında yerləşir. Türbə Azərbaycan memarlıq üslubunda tikilmişdir.

Memarlıq xüsusiyyətləri Türbənin sahəsi 40 metr və yerləşdiyi bağın ümumi sahəsi isə 280 metrdir. Başqa Elxani türbələrinə bənzər olaraq türbədə istifadə olunan yeganə material kərpicdir. Türbənin planı səkkizbucaqlı olaraq, üstü isə Konus şəkilli firuzəyi günbəz ilə örtülmüşdür. Günbəzinin uzunsov olmasına görə, türbə yerlilər arasında "Uzun Günbəz" kimi tanınır. Türbənin döşəməsi yer səviyyəsindən aşağıda yerləşir. Türbənin giriş qapısı ağacdan olaraq, oyulmuş dolaşıq çiçəkvari naxışlar ilə diqqət çəkir; Türbənin içərisi isə parlaq firuzə rəngli kaşılarla bəzədilmişdir.

Görüntülər

Xarici keçidlər

Kateqoriya:Qəzvinin tarixi abidələri Kateqoriya:Cənubi Azərbaycan Kateqoriya:İran türbələri Kateqoriya:XIV əsrdə tamamlanmış tikililər