İrena Veysayte (; ) — Sovet və Litva ədəbiyyatşünası, teatrşünas və teatr tənqidçisi, ictimai xadim; Qərbi Avropa ədəbiyyatı və teatr tarixinə dair əsərlərin müəllifi.

Bioqrafiyası Kaunasda bir yəhudi ailəsində anadan olmuşdur. 1934–1941-ci illərdə Kaunasdakı Şolom Aleyxem Gimnaziyasında idiş dilində təhsil alır. İkinci Dünya müharibəsi zamanı Kaunas gettosunda valideynlərini itirir. Anası onu Qırmızı Ordunun gəlişinə qədər gizlədən litvalı ailəyə verir.

1947-ci ildə Salome Neris adına Vilnüs orta məktəbini bitirir. 1953-cü ildə Moskva Dövlət Universitetini alman dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 1963-cü ildə Leninqrad Dövlət Universitetində filologiya elmləri namizədi dərəcəsi üçün tezisini müdafiə edir.

1953–1997-ci illərdə Vilnüs Pedaqoji İnstitutunda (1992-ci ildə Vilnüs Pedaqoji Universitetinə çevrildi) Qərbi Avropa ədəbiyyatı, Alman ədəbiyyatı, XX əsr teatr tarixi kurslarında dərs demişdir. 1965-ci ildən dosent; 1999-cu ildə Vilnüs Pedaqoji Universitetinin Fəxri professoru adına layiq görülmüşdür.

1963–1964-cü ildən bəri teatr tənqidçisi kimi tanınır.

93 yaşında, 11 dekabr 2020-ci ildə Vilnüsdə koronavirus infeksiyası nəticəsində dünyasını dəyişir.

Elmi fəaliyyət Litva və digər ölkələrin mətbuatında 200-dən çox məqaləsi dərc edilmişdir. Bir neçə kitabın tərtibçisi; məktəb dərsliklərinin həmmüəllifidir.

Sosial fəaliyyət 1990-cı ildə professor Ceslovas Kudaba ilə birlikdə Açıq Litva Fondunu (Atviros Lietuvos Fondas) təsis edir. 1993-cü ilə qədər Açıq Litva Fondunun idarə heyətinin sədr müavini, 1993–2000-ci illərdə idarə heyətinin sədri olur. Açıq Cəmiyyət İnstitutu (Budapeşt) və digər beynəlxalq qeyri-hökumət təşkilatlarının idarə heyətinin üzvü, Nidadakı Tomas Mann Mədəniyyət Mərkəzinin kuratoriumunun üzvü, Litvanın UNESCO üzrə Milli Komitəsinin, Mədəniyyət Nazirliyinin Bədii Şurasının üzvü olmuşdur.

Mükafatları 1995 — Litva Böyük Knyaz Gyadiminas ordeni (dördüncü dərəcə).

2006 — Barbara Radzivill mədəniyyət və təhsil sahəsindəki uğurlarına görə medalı.

2008 — Litva Elm və Təhsil Nazirliyinin Fəxri Nişanı.

2012 — Litva-Alman mədəni mübadiləsindəki fəaliyyətlərinə və vətəndaş cəsarətinə görə Göte medalı.

İstinadlar

Mənbə Gediminas Zemlickas. "Mokslas be sąžinės — pragaištingas" Irenai Veisaitei — Barboros Radvilaitės medalis už nuopelnus kultūrai ir švietimui Vytautas Toleikis "Irenos fenomenas" Fotokronika Irena Veisaitė "Holokaustas mano gyvenime" Kateqoriya:SSRİ teatrşünasları Kateqoriya:Yəhudi qadın yazıçıları Kateqoriya:Filologiya elmləri namizədləri Kateqoriya:Avtobioqrafiyalar