İslam Həsən oğlu Məmmədov () — Jdanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
Həyatı 1 iyul 1935-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 1952-ci ildə Sədərək rayonu kənd orta məktəbini bitirmiş, 1952–1957-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakultəsində təhsil almışdır.
Ailəlidir, 3 övladı var.
Fəaliyyəti 1957-ci ildə Beyləqan rayonu (Jdanov) Stalin adına kolxozda baş zootexnik vəzifəsinə təyin edilmişdir. 1979–1983-cü illərdə Jdanov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə yüksəlmiş, 1983–1990-cı illərdə "Dostluq" sovxozunun direktoru olmuşdur. 1990–1993-cü illərdə Beyləqan broyler quşçuluq fabrikinin direktoru, Kənd Təsərrüfatı Nazirliyi "Damazlıq"birliyində baş ekspert vəzifəsində çalışmışdır.
Mükafatları Azərbaycan SSR-in əməkdar zootexniki adına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Beyləqan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri