thumb|thumbtime=0.2| Karman Stokholmda. 2014-cü il Təvəkkül Əbdül-Salam Karman ( Tawakkul 'Abd us-Salām Khalid Karmān; Tawakul, TawakelEvening Times (Glasgow). Arrest Sparks Protest. 24 January 2011. Retrieved 8 October 2011 from the Lexis-Nexis Database.Emad Mekay. Arab Women Lead the Charge. Inter Press Service (Johannesburg), 11 February 2011. Retrieved 8 October 2011 from the Lexis-Nexis Database. ) — yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi.
2005-ci ildən qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi, 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması olub. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən ona "Dəmir qadın" və "İnqilabın anası" titulları verilib. 2011-ci ildə Nobel sülh mükafatını alan ilk yəmənli qadın, ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadındır.
Karman 2005-ci ildən sonra ölkəsində məşhurluq qazanaraq, yəmənli jurnalist və mobil telefon xəbər xidməti vəkili kimi 2007-ci ildən mətbuat azadlığı uğrunda etirazlara rəhbərlik edib. 2007-ci ilin mayından sonra islahat məsələlərini genişləndirərək həftəlik etirazlar təşkil edib. Tunis xalqının 2011-ci ilin yanvarında Zeynalabdin bin Əli hökumətini devirməsindən sonra Ərəb baharı yönündəki Yasəmən inqilabına dəstəyini verərək Yəməndəki etirazlara yön verərək Prezident Əli Abdullah Saleh rejiminin sona çatması uğrunda mübarizə aparıb.
Şəxsi həyatı Təvəkkül Karman, 7 fevral 1979-cu ildə Yəmənin Taiz vilayəti, Şarab As Salam rayonunda anadan olmuşdur. Mühafizəkar bir ölkədə öyrənməyə daha geniş şərait yaradılan Yəmənin üçüncü böyük şəhəri olan Taiz yaxınlığında boya-başa çatır. O, Taizdə təhsil alır. Bir vaxtlar Əli Abdullah Saleh hökumətində hüquq işləri naziri vəzifəsində çalışmış və sonradan istefa vermiş vəkil və siyasətçi Əbdül Salam Karmanın qızıdır. Şair Tariq Karman və Harvard Hüquq fakültəsini bitirən ilk Yəmən vətəndaşı vəkil Səfa Karmanın bacısıdır. Səfa eyni zamanda jurnalistdir və Əl-Cəzirədə jurnalist kimi fəaliyyət göstərir. Məhəmməd ən-Nehmi ilə evlidir və üç uşaq anasıdır.
Karman, Səna Universiteti nəzdindəki Elm və Texnologiya Universitetində ticarət ixtisası üzrə, Səna Universitetində siyasət elmləri üzrə təhsil aldı. 2012-ci ildə Kanadadakı Alberta Universitetindən beynəlxalq hüquq üzrə "Fəxri doktor" adını almışdır.
2010-cu ildə keçirilən etirazların birində bir qadın onu bıçaqlamağa çalışdı, lakin Karmanın tərəfdarları bu təcavüzün qarşısını almağı bacardılar.
"Yüksək səviyyəli Yəmən məmuru" Tariq Karman, 26 yanvar 2011-ci il tarixli telefon danışığında bacısı Təvəkkülü, ictimai etirazlarına davam edərsə ölümlə təhdid etdi. Dikster Filkinsin New Yorker-də yazdığına görə, rəsmi prezident Saleh idi.
Türk hökuməti ona Türkiyə vətəndaşlığını təklif etdi və vətəndaşlıq sənədlərini 11 oktyabr 2012-ci ildə Türkiyə xarici işlər nazirindən aldı.
2019-cu ildə Təvəkkül, The Asian Awards-da İlin Sosial Təşəbbüskarı mükafatına layiq görüldü.
Bir çox yəmənli kimi, Karman da təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda paytaxtın husi üsyançıları tərəfindən ələ keçirilməsindən sonra ölkəsini tərk etmək məcburiyyətində qaldı.
İstanbuldakı yeni evindən Karman, Səudiyyə Ərəbistanı - Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyindəki koalisiyanın apardığı müharibə və ABŞ-nin pilotsuz təyyarələrinin vətənində etdiyi hücumlar da daxil olmaqla Yəməndə edilən haqsızlıqlara qarşı çıxışlar etməyə davam edir.
17 dekabr 2020-ci ildə Karman, evinə və ofisinə husilərin basqın etdiyini və mebellərini oğurladıqdan sonra onları nəzarətə götürdüyünü söylədi.
Zəncirsiz Qadın Jurnalistlər Təvəkkül Karman, insan haqlarını, xüsusilə fikir və ifadə azadlığını və demokratik haqları təşviq etmək məqsədi ilə 2005-ci ildə digər yeddi qadın jurnalistlə birlikdə Zəncirsiz Qadın Jurnalistlər (WJWC) insan haqları qrupunu qurdu. Although it was founded as "Female Reporters Without Borders," the present name was adopted in order to get a government license. "Sərhədsiz Qadın Reportyorlar" olaraq qurulmasına baxmayaraq, indiki ad dövlət lisenziyası almaq üçün qəbul edilmişdir. Karman, "təhdidlər " aldığını və Yəmən hakimiyyət orqanlarının bir qəzet və radio stansiyası yaratmaq üçün qurumun müraciətini rədd etməsini qəbul etməməsi səbəbiylə Yəmən rəhbərliyindən telefon və məktubla təcavüz hədəfində olduğunu söylədi. Qrup,1990-cı il Mətbuat Qanununun müdafiəsinə girməməsinə baxmayaraq hökumət tərəfindən ciddi şəkildə nəzarət edilən SMS xəbər xidmətləri üçün azadlığı müdafiə etdi. Mətn xidmətlərinin hökumət tərəfindən nəzərdən keçirilməsindən sonra, davam etdirilməsinə lisenziya verilməyən yeganə xidmət Zəncirsiz Qadın Jurnalistlər ə məxsus olan və bir ildir fəaliyyət göstərən Bilakoyud idi. 2007-ci ildə Zəncirsiz Qadın Jurnalistlər, Yəmənin 2005-ci ildən bəri mətbuat azadlığından sui-istifadə etmələrini sənədləşdirən hesabat yayımladı. 2009-cu ildə Mətbuat Nazirliyini jurnalistləri hədəf alan məhkəmələr qurduğu üçün tənqid etdi. 2007-ci ildən 2010-cu ilədək, Karman müntəzəm olaraq Səna şəhərinin Təhrir Meydanında keçirilən nümayişlərə rəhbərlik etdi.
Təvəkkül Karman, 2005-ci ilin martında Zəncirsiz Qadın Jurnalistlər qurupunu qurduğu zaman Əl-Thavrah qəzetinin filialında çalışırdı. O,həmçinin Yəmən Jurnalistlər Sindikatının üzvüdür.
Siyasi mövqeyi thumb|left|Təvəkkül Karmanın BMT binası qarşısındakı etiraz nümayişləri, 18 oktyabr 2011. Karman, ölkəsindəki mətbuat azadlıqlarının vəkili olaraq etirazlara başladı. Daha çox mətbuat azadlığının tərəfdarı olduğu bir zamanda, 2005-ci ildə Danimarka karikatür krizi mübahisələrinə belə yazaraq cavab verdi: "Biz istibdada və azadlığa qadağa qoymağa çağırmamalıyıq."
Hicab lehinə ənənəvi niqab taxmağı dayandırdı. İlk dəfə 2004-cü ildə bir konfransa niqabsız çıxdı. Karman milli televiziyada tam örtünmənin İslamın diktə etmədiyini bildirərək, baş örtüyünü niqab ilə əvəz etdi. 2010-cu ildə Yəmən Times-a intervyusunda: Qadınlar problemin bir parçası olduqları yönündəki hisslərini dayandırmalı və bu problemin həll yolunun bir hissəsi olmalıdırlar. Uzun müddətdir kənarda qalmışıq və indi qadınların icazə istəmədən ayağa qalxıb fəal olma vaxtı gəlib artıq. Bu, cəmiyyətimizə qaytaracağımız və Yəmənin sahib olduğu böyük potensiala çatmasına imkan verəcəyimiz yeganə yoldur. Yəmənli bir çox qızın, oğlan uşaqlarının qidalanması üçün qidalanma problemi yaşadığını iddia etdi və yüksək savadsızlıq nisbətlərinə də diqqət çəkdi: yəmənli qadınların üçdə ikisi oxuya bilmir. 17 yaşından kiçik qadınların evlənməsini əngəlləyən qanunları müdafiə etmək lazım olduğunu vurğuladı. İnsan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı Human Rights Watch-a edilən açıqlamada, Yəmən inqilabının "yalnız siyasi problemləri həll etmək üçün deyil, ən başlıcası uşaq evliliklərinin çox olduğu cəmiyyətin problemlərini həll etmək üçün baş vermədiyini" söylədi. Partiyasının əksər üzvlərinin uşaq evliliyinə ondan fərqli bir baxışa sahib olmasına baxmayaraq, partiyasının qadınlara daha çox açıq olduğunu vurğulayır. Mövqeyini aydınlaşdırarkən dedi:Tom Finn. "Peace prize: Women who fought and won unequal struggles. The Guardian, 8 October 2011. Retrieved 11 October 2011 from the Lexis-Nexis Database. Partiyamızın gənclərə ehtiyacı var, lakin gənclərin təşkilatlanmalarına kömək edəcək partiyalara da ehtiyacları var. Heç biri bu rejimi o biri rejim olmadan devirməyə müvəffəq ola bilməz. Beynəlxalq cəmiyyətin inqilabımızı İslam inqilabı adlandırmasını istəmirik. Hökumətdəki korrupsiyaya qarşı etirazlara da rəhbərlik etdi. İbb şəhəri ətrafındakı ailələrin, kənd yerlərinin korrupsiyalaşmış yerli lider tərəfindən mənimsənildikdən sonra Salehin qovulması ilə bağlı mövqeyi daha da gücləndi. Eynilə, xarici təsirlərdən kənarda qaldığını söyləyərək: "İnsan haqlarının qorunması ilə məşğul olan Amerika təşkilatları ilə, Amerika səfirləri və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə sıx strateji əlaqələrim var. Avropa İttifaqı və ərəb ölkələri fəalları ilə də əlaqəm var. Miçiqan Universitetindəki auditoriya qarşısında çıxış edən Karman nitqini belə yekunlaşdırdı: "Mən dünya vətəndaşıyam. Yer mənim ölkəmdir və insanlıq mənim millətimdir. Misir münaqişəsi 2012-13 Misir etirazlarına və 2013-cü il Misir çevrilişinə cavab olaraq Karman, 30 iyun tarixində Misir prezidenti Məhəmməd Mürsinin istefasını tələb edən etirazçılara dəstək oldu, lakin ordunun Mürsini devirməsi, Misir Konstitusiyasını dayandırması qərarını tənqid etdi və Mürsinin Misirin ilk demokratik yolla seçilmiş lideri olduğunu əsas gətirərək Müsəlman qardaşların Misir siyasətinə qatılmasını qadağan etdi. Konstitusiyanı ictimai referendumda səs verən insanların yüzdə 60-ı dəstəklədi. Çevriliş əleyhinə nümayişlərə qatılmaq üçün Misirə girməyə çalışdı, lakin Misir ordusu tərəfindən "təhlükəsizlik səbəbləri" önə sürülərək qadağan edildi və yenidən Sənaya deport edildi. Daha sonra hərbiçilərin yüksək rütbəli Müsəlman qardaşlar məmurlarını həbs etmələrini və hərbçilərin ilk növbədə Mürsinin tərəfdarları tərəfindən işğal edilmiş ərazilərdəki nümayişçilərə şiddət tətbiq etməsini pislədi.
Yəmən münaqişəsi Karman müntəzəm olaraq həm Yəməndəki husi üsyançılarına, həm də Ərəbistan yarımadası Əl-Qaidəsinə qarşı çıxaraq hər ikisini də Yəmənin milli suverenliyinə böyük təhlükə adlandırırdı. Onun dediklərinə görə səyləri ölkədəki sabitliyi pozmaq və Yəmən hökumətini devirmək yönündə olan qrupları qınadı. Husiləri İran hökumətindən xarici yardım almaqda günahlandırdı və husilərin Əl-Qaidə ilə mübarizə apardıqları üçün xaricdəki husiləri tək buraxmağın səyləri olduğuna etiraz etdi. Husilərin Yəmən ordusuna inteqrasiyasının elanından sonra,Karman, husilərin silahlarını təslim etmək istəmədikləri təqdirdə inteqrasiya olunmamalıdılar deyə bildirdi. 2014-15-ci il Yəməndə husi çevrilişinin 2015-ci ilin yanvar hadisələrinə cavab olaraq, keçmiş prezident Saleh ilə husi üsyançıları arasında 2011-ci il inqilabını keçid prosesinə son qoyaraq geri qaytarmaq üçün işbirliyi olduğunu bildirdi. Vətəndaş müharibəsinə baxmayaraq, Karman ölkəsinin gələcəyinə görə çox nikbin idi. 2016-cı ildə Orta Şərq siyasəti jurnalına verdiyi intervyusunda Karman: "Bu qətllər,müharibələr çox kədərlidir." "Lakin eyni zamanda, ümidimizi,arzu,istək və xəyallarımızı itirmirik."
Karman tez-tez ABŞ-nin Yəməndəki pilotsuz təyyarə siyasətinə etiraz edir və bunların istifadəsini "qəbuledilməz" adlandırır və bunların yaşayış yerlərində istifadə edilməsinin insan haqlarını və beynəlxalq qanunları pozduğunu iddia edir. 2013-cü ilin avqust ayında pilotsuz təyyarələrin sayının artmasından sonra, bombardmanların Yəmənin suverenliyini pozduğunu və ölkədəki Əl-Qaidə əsgərlərinin artmasına səbəb olduğunu elan edərək bütün zərbələrin dərhal dayandırılmasına çağırdı.
Karman, Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsini qınadı və bunları söylədi: "Təəssüf ki, bu koalisiya, müharibə və onun nəticələrini nəzərə almadan bomba və raket atılan döyüş kimi hərəkət edir." O, koalisiyanın hava hücumlarını "dərhal dayandırmağa" çağırdı.
2011-ci il etirazları thumb|Karmanın 3 fevral 2011-ci il tarixində Yəmənin Səna şəhərində çağırdığı "Qəzəb Günü"ndəki etiraz nümayişindən. 2011 Yəmən etirazları zamanı Təvəkkül Karman, Saleh hökumətinin uzun müddətdir davam edən hakimiyyətinə etiraz olaraq Sənada tələbə mitinqləri təşkil etdi. Yanvarın 22-də həyat yoldaşı ilə maşın sürərkən polis şəxsiyyəti olmayan üç geyimli kişi tərəfindən dayandırıldı və həbsxanaya aparıldı və orada 24 yanvar şərti olaraq sərbəst buraxılana qədər 36 saat saxlanıldılar. 9 apreldə The Guardian-da dərc olunan məqaləsində o yazırdı: