Villa Tugendhat, Çex Respublikasının Brno şəhərindəki Černá Pole regionunda yerləşən tarixi bir binadır. Avropadakı müasir memarlığın ilk prototiplərindən biridir və Alman memarı Ludwig Mies van der Rohe tərəfindən dizayn edilmişdir. 1928–1930-cu illər arasında Fritz Tugendhat və xanımı Greta üçün dəmir-beton konstruksiya formasında inşa edilmiş və modernizmin simvoluna çevrilmişdir.
İstinadlar
Kateqoriya:Avropadakı tarixi ev-muzeyləri Kateqoriya:Çexiya Respublikasının Milli Mədəniyyət Abidələri Kateqoriya:Çexiyadakı ümumdünya irsi