Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir.

2022-ci il may ayının 12–14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı baş tutub. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.

Ümumi baxış + Festival Tarixi Yeri Əlamətdar hadisə I festival 1989 Şuşa Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilmişdir. II festival 1990 Ağdam, Bərdə, Ağcabədi III festival 1991 Mingəçevir Planlaşdırılan IV festival 1992 keçirilməmişdir Müharibəyə görə ləğv edilmişdir IV festival 2021 Şuşa V festival2022Şuşa VI festival2023ŞuşaTÜRKSOY-a daxil olan ölkələrin iştirakı VII festival2024Şuşa, LaçınICESCO-ya üzv ölkələrin iştirakı

Tarixi 300px|thumb|right|Xarıbülbül festivalı 1989-cu ildə, iştirakçılar Seyid Şuşinskinin portreti önündə çıxış edirlər. "Xarıbülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. 1989-cu ilin əvvəlində festivala hazırlıq başlamışdır. Festival eyni ilin may ayında, Şuşa Xarıbülbülündə çiçəklənmə dövründə keçirilmişdir.. 1989-cu ilin festivalında yerli ifaçılardan əlavə Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSR və Belarus SSR-dən olan musiqi qrupları da iştirak edirdi. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydançasında tikilmiş 7 məkanda keçirilmişdir. Festival 12–15 yaşlarında "Qarabağ şikəstəsi" muğamını ifa edən gənc xanəndələrin ifası ilə açılmışdı. Festivalın ilk günü Qarabağ atlarında da yarışlar olmuşdu. İlk festivalın tamaşaçıları əsasən Şuşanin sakinləri idilər.. Festivalın Muğam müsabiqəsinin qalibi Ağakərim Nafiz Şirvani olub.

Festival çərçivəsində Şuşada da güləş yarışları keçirilmişdi..

Xarıbülbül gülü 200px|thumb|left|İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olan Xarıbülbül

Azərbaycanda qədimdən Xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Azərbaycanın Şuşa və ətraf ərazilərində geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur.

Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.

Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simgələşən bir üzüntülü nakam sevgi hekayəsidir.

Qırğız yazıçısı Erlan Jurabekovun "Jarxı Bulbul" hekayəsində də qədim türk əsatirinə geniş yer verilir. Bir çoxlarına görə, Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.

Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək — ömrünün sonuna kimi Qacar şahlarının Tehrandakı sarayında yaşayır. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.28–29. Vətən həsrəti çəkən Ağabəyim ağaya istinad verilən bir bayatı da vardır: "Vətən bağı" al-əlvandır, Yox üstündə Xarıbülbül. Nədən hər yerin əlvandır, Köksün altı sarı, bülbül.

Simvola çevrilməsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi (Azərbaycanda bu Vətən müharibəsi kimi də adlanır) dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevrilməyə başladı. Tədricən isə nişan azadlıq müharibəsinin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamış və Azərbaycanda hər kəs tərəfindən yüksək sevgi, ehtiram, müqəddəs bir simvola çevrildi.

Festival 1990–1991-ci illərdə 250px|thumb|right|Qədir Rüstəmov "Xarıbülbül festivalı"nda çıxışı 1990-cı ildə Xarıbülbül festivalı beynəlxalq status aldı. Sonrakı dövrdə tədbirdə Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Holandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə baş tutmuşdur. Festival beynəlxalq status daşıyıb və təkcə Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri hesab olunub.

Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Münaqişənin aktiv fazaya keçməsi ilə festival Ağdam şəhəriişğal olunana qədər orada keçirilmişdir. Ağdamda keçirilən festivalda olan çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan "Sona bülbüllər" mahnısı xüsisi yer alıb.

Festival çərçivəsində bəzi konsertlər Qarabağın digər şəhərlərində, Bərdə və Ağcabədidə də keçirilmışdi. Ümumiyyətlə, festivala dünyanın hər yerindən təxminən 170 nəfər qatılmışdır.

Üçüncü festival 1991-ci ildə baş tutmuşdur. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılmışdır. Keçən illərdə iştirak edən ölkələrə Amerika və Avstraliyadan sənətçilər də qatılmışdır. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçı çoxluğu səbəbindən festival çərçivəsində konsertlər stadionlarda keçirilmişdir.

Bundan əlavə festival bir dəfə də Qax şəhərində baş tutmuşdur. Belə ki, 1990-cı ildən sonra Şuşada vəziyyət gərgin olduğu üçün festival bir dəfə Qaxda keçirilib. Həm təbiətinin oxşarlığı, həm də xarı bülbül çiçəyinin Qax ərazisindəki dağlarda da bitdiyi üçün həmin dövrdə festivalın Qaxda keçirilməsinə zəmin yaranıb. Qax şəhərindəki futbol meydançasında keçirilən festivalda Polad Bülbüloğlu, Zeynəb Xanlarova kimi məşhurlar çıxış ediblər. Tədbirin aparıcısı Telli Pənahqızı olub. Festivalın açılışında hər qonaq ölkə (ABŞ, İspaniya, Türkiyə, İsrail və s.) öz milli bayrağı ilə stadiondakı paradda iştirak etməliydi. Azərbaycan qrupu da Azərbaycan SSR-in bayrağı ilə keçəcəkmiş. O zaman üç gənc oğlan üçrəngli bayrağı alıb, icazəsiz olaraq paradın önünə keçib. Milislərin "çıxın oradan" əmrinə baxmayaraq, ən öndə kustar üsulla hazırladıqları bayrağımızı sona qədər aparıblar.

1990–1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında baş tutmuşdur.

Ləğv olunması 1992-ci ildə 4-cü festivalı mayın 15-də başlamalı və ən böyüyü olmalı idi. Burada dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı planlaşdırılırdı. Lakin festival, Qarabağ müharibəsinin başlaması və Şuşa şəhərinin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən ələ keçirilməsinə görə ləğv edilmişdir.

Bərpa edilməsi 250px|thumb|right|Xarıbülbül festivalında Alim Qasımov və Fərqanə Qasımovanın çıxışı 2020-ci il noyabrın 8-də Azərbaycan Şuşa şəhərini erməni işğalçılarından azad etmişdir. 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdə Şuşada Xarıbülbül festivalının dirçəldilməsinin zəruriliyini xatırlatmış və bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən yaradılmasının zəruriliyini qeyd etmişdir..

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə festival baş tutmuşdur..

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilmişdir.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər olmuşdur.

2021 Xarıbülbül festivalı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı ilə başlamışdır. Daha sonra Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışları baş tutmuşdur. Sənətçiləri səhnədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri müşayiət etmişdir. Həmçinin müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı müğənnilər Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın ifaları ilə videolar nümayiş olundu.

Festivalın ikinci günü qala-konsert baş tutdu. Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim edildi. Konsert proqramı Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında "Koroğlu" operasından üvertura ilə açıldı. Sonra Elçin Əzizov, Dinarə Əliyeva, Yusif Eyvazov, Azərin Tağıyeva, Samir Cəfərov, Sahib Paşazadə (tar), Ceyla Seyidova (skripka), Azər Zadə, Selcan Nəsibli və başqaları səhnədə çıxış etdilər.

Festival mayın 13-də qala-konsertlə başa çatdı.

12 may Əsərin adı Əsərin bəstəkarı Əsərin söz yazarı İfaçı(lar) İfa etdiyi dilBayatı-ŞirazKənan Bayramlı Azərbaycanca"Uzundərə" Azərbaycan xalq rəqsiKamança ifaçıları ansamblıMən deyiləmmi?Əli TalıyevMahan BazarovTamburçular qrupu"Cahan" folklor xalq kollektiviAvarca Gülərəm gülsən Fikrət ƏmirovMəmməd Səid OrdubadiBülbülAzərbaycancaQarabağ bizim ürəyimizdirNatəvan ƏliyevaNənələr"Veteranlar" folklor xalq kollektiviTalışcaAzərbaycancaQarabağBəhram NəsibovBəhram NəsibovMirələm MirələmovGünay İmamverdiyevaAzərbaycancaAlma ağacı"Yoldız" folklor kollektiviTatarcaGözəlimTunar RəhmanoğluKürdcə Şuşanın dağları Xan ŞuşinskiXan ŞuşinskiXan ŞuşinskiAzərbaycancaPəri"Mel" folklor kollektiviLəzgicəZurna (Udi xalq rəqsi)"Cəngi" folklor kollektiviMənim AzərbaycanımTatyana Minokova"Slavyanoçka" folklor kollektiviRuscaHəsrət NəğməsiŞəhriyar İmanovŞəhriyar İmanov Arazbarı Seyid ŞuşinskiAzərbaycancaMən misgərəm"Lahıc" xalq folklor kollektiviTatcaDağların başıTeyyub AslanovRəvanə QurbanovaAzərbaycancaAilə sevincləri (Yəhudi xalq rəqsi)"Xaverot" folklor kollektiviQadın"Şvidqadza" xalq xoru Gürcücə Azərbaycanım Rauf HacıyevƏnvər ƏlibəyliRəşid BehbudovAzərbaycancaVətənimiz gözəldirNamiq NovruzovQızılgül Muradova"Nanaybi" folklor qrupuGürcücəNaxçıvanMəmməd CavadHüseyn ƏzimliNaxçıvan Dövlət Filormoniyasının Muğam qrupuAzərbaycancaSalam-aleykum"Micaqna" folklor kollektiviSaxurcaSarı gəlinŞirzad FətəliyevQoy ədalət zəfər çalsınAşıq Mikayıl AzaflıAşıq Mikayıl AzaflıSamirə ƏliyevaƏli TapdıqoğluAzərbaycan aşıqları kollektiviAzərbaycanca Cənnətim Qarabağ Cahangir CahangirovRəfiq ZəkaŞövkət ƏləkbərovaAzərbaycancaBahar nəğməsi (Ukrayna xalq rəqsi)"Kvitka" folklor kollektiviQaçaq NəbiMənsum İbrahimovAzərbaycancaQarabağ ritmləri"Natiq" ritm qrupuAzərbaycan, Odlar Yurdum MənimPolad BülbüloğluXanım İsmayılqızıPolad BülbüloğluAzərbaycan Dövlət Xor KapellasıAzərbaycancaŞən AzərbaycanPolad BülbüloğluMəstan GünərPolad BülbüloğluAzərbaycanca

13 may