Aaron Pol () — ABŞ aktyoru və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb.
Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
İstinadlar
Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları