Samanilər sülaləsi (, Sāmāniyān), Orta Asiya və indiki İranın şərqində əsası qoyulmuş, adını qurucusu Saman-xudadan alan bir sülalə (875–999).
Sülalənin tarixi İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasınıdan sonra burada hakimiyyəti ələ keçirən ilk yerli sülalədir. thumb|160px|İsmail Samani türbəsi (Buxara)
Samanilər dövrü İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sülaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm ÇubindənГумилев Л. Н. "Подвиг Бахрама Чубина" yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur.
Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə kifayətlənmədilər, həm İslamın yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə dulusçuluqda inkişaf etdilər və sistemli yazıları olan əsərlər yaratdılar. Hakimiyyətləri altındakı bir çox xalqlar İslamı qəbul etməyə başladılar. Tarixçilərə görə, Samanilərin cəhdləri ilə o dövrdə təxminən 200 min türk İslamı qəbul etdi.Ibn Athir, Cilt 8, s.396 Türklərin müsəlman olması gələcəkdə bölgəni hakimiyyəti altına alacaq olan Qəznəvilərin böyük bir sürətlə güclənməsinə zəmin yaratdı. Samanilər dövlətinin varlığına 999-cu ildə Qaraxanlılar tərəfindən son qoyuldu.
Sülalənin şəcərəsi Nəsr ibn Əhməd ibn Əsəd ibn Samanxudat ibn Cusman ibn Tamqas ibn Nauşard ibn Bəhram Çubin ibn Bəhram Quşnasp.
Samani əmirləri Saman-xudat (Samanilərin əcdadı) I Əhməd (819–864) (Əhməd Əsəd ibn Saman) I Nəsr (864–892) (Nəsr ibn Əhməd) I İsmayıl (892–907) (İsmayıl ibn Əhməd) II Əhməd (907–914) (Əhməd ibn İsmayıl) II Nəsr (914–943) (Səid Nəsr) I Nuh (943–954) (Həmid Nuh) I Əbdülməlik (954–961) (Müəyyəd Əbdülməlik) I Mənsur (961–976) (Mənsur ibn Nuh) II Nuh (976–997) (Rza Nuh) II Mənsur (997–999) (Əbül-Haris Mənsur) II Əbdülməlik (999) (Əbdülməlik ibn Nuh) II İsmayıl (Diriltməyə çalışdı) (İsmayıl əl-Müntəsir)
thumb|right|300px|900-cü illərdə Avrasiya və Şimali Afrika
İstinadlar
Həmçinin bax Qəznəvilər Böyük Səlcuq imperiyası
Kateqoriya:İran sülalələri Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Tacikistan tarixi