Vartburq qəsri () — Türingiyada yerləşən qəsr, Türingen Meşəsinin şimal-şərq hissəsindəki Eyzenax qəsəbəsi yaxınlığında bir dağda, dəniz səviyyəsindən 441 m yüksəklikdə, Almaniyanın mədəni və tarixi irsinin bir abidəsi. 4 may 1521 — 6 mart 1522-ci illər arasında kilsə islahatçısı Martin Lüter qəsrdə təqiblərdən gizlənirdi. Burada Lüter İncili olaraq bilinən mətn yaradaraq Alman dilinə tərcümə etdi. 1999-cu ildə qala YUNESKO-nun Ümümdünya İrsi siyahısına daxil edilmişdir.
Tarixi thumb|240px|left|XIX əsrin sonlarında kartpostal üzərində thumb|240px|right|Morits fon Şvind. Vartburqda musiqiçilərin müsabiqəsi. 1854-cü ilin freskası
thumb|240px|right|Vartburqda ziyafət salonu Vartburq qəsri Lüdoviqlərin ailəsinə aid idi. Maints Baş yepiskopu tərəfindən himayə edildi.
Qaçan Lüdviq və ya Lüdviq Skakun (1042/1065 - 1123) kimi tanınan Saqqallı Lüdviqin oğlu (ya da nəvəsi), 1067-1073-cü illərdə ata yuvası olaraq dağdakı Vartburq qəsrini inşa etmişdir. Qala ilk dəfə qarnizonunun Kral IV Henri hərbi dəstəsinə hücumu ilə əlaqədar olaraq 1080-ci ildə bəhs edilmişdir. 1113-cü ildə Lüdviq Qaçan, qarşı üsyanda müvəffəqiyyətsiz iştirak etdi.
Maints Baş yepiskopu Lüdoviqin tərəfdarları sürətlə güc və tanınma əldə etdilər. 1131-ci ildə, Qaçan Lüdviqin oğlu I Lüdviq Kral III Lotardən (Müqəddəs Roma İmperatoru) Landgrave titulunu aldı və buna görə hersoqlarla bərabərləşdirildi. O dövrdə qala taxtadan idi və təəssüf ki, bu görünüşdən heç nə qalmamışdır.
Qalereya
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Vartburq qəsri saytında archipelagus.de Информация о Вартбург historische-orte.de Həmçinin bax
Kateqoriya:Almaniya qalaları Kateqoriya:Almaniya abidələri Kateqoriya:Almaniyadakı ümumdünya irsi Kateqoriya:1067-ci ildə yarananlar Kateqoriya:Almaniyanın memarlıq abidələri