Oleq Tinkov () — Rusiyalı iş adamı. Forbesə görə 2014-cü ildə dünyanın ən varlı adamları siyahısında 1210-cu, 2019-cu ildə Rusiyanın ən varlı iş adamları siyahısında 1.7 milyard dollarlıq sərvəti ilə 47-ci sırada qərarlaşıb.

"Technoşok" məişət texnikası mağazalar şəbəkəsinin, dondurulmuş yarımfabrikatlar istehsal edən fabriklərinin, "Darya" zavodunun, pivə zavodunun və Tinkoff restoranlar şəbəkəsinin qurucusu kimi tanınır.

Tərcümeyi-hal Oleq Tinkov 25 dekabr 1967-ci ildə Kemerovo vilayətinin Leninsk-Kuznetsk rayonunun Polysaevo kəndində mədənci və dərzi ailəsində anadan olmuşdur. Orta məktəbi Leninsk-Kuznetskidə bitirib. Kirov mədənində və Kuzbasselement zavodunda işləyib.

İstinadlar

Kateqoriya:Rusiya milyarderləri Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları