Leon Viktor Oqyust Burjua (; ) — Fransız dövlət xadimi və vəkili, 1920-ci il Nobel sülh mükafatı laureatı.
İqtisadi bərabərlik, genişləndirilmiş təhsil imkanları və kooperativ həmrəylik ilə yanaşı mütərəqqi gəlir vergiləri və sosial sığorta sxemləri kimi mütərəqqi vergitutmanı, xarici siyasətdə isə güclü Millətlər Birliyi və məcburi arbitrajı, nəzarətdə olan silahsızlanma, iqtisadi sanksiyalar və bəlkə də beynəlxalq hərbi qüvvə yolu ilə barışı təbliğ edib. Həyatı Parisdə anadan olan Burjua, hüquq təhsili alıb. İctimai işlər şöbəsinə tabe ofisdə (1876) çalışıb. Ardıcıl olaraq Tarn (1882) və Yuxarı Qaronnanın (1885) prefekti olan Leon Burjua Daxili İşlər Nazirliyində çalışmaq üçün Parisə qayıdıb. 1887-ci ilin noyabrında Jül Qreyvinin prezidentlikdən istefa verdiyi zaman Polis Prefekti olub. Növbəti ildə Ceorci Bulanjeyə rəqabəttə Marnaya millət vəkili seçilərək Palataya girərək, Radikal Solçulara qatılıb. 1888-ci ildə Şarl Floqenin nazirliyində Daxili İşlər üzrə müşavir olub. 1889-cu ildə onunla birlikdə istefa verdikdən sonra Reyms üçün palataya geri dönüb. Müvəffəq olan Piyer Tirar nazirliyində Daxili İşlər naziri və daha sonra, 18 mart 1890-cı ildə Şarl Luis de Freysin kabinetində İctimai İşlər nazir seçilib. Leon Burjua yəhudi idi.
1892-ci ildə, Panama qalmaqalları ofisdə müəyyən çətinliklərə səbəb olanda Emile Loubet kabinetindəki yerini qoruyan Burjua, həmin ilin sonunda Aleksandr Ribot rəhbərliyində Ədliyyə naziri olub. Panama ittihamında fəal iştirak edən Burjua, daha çox dəlil toplamaq üçün müttəhimlərdən birinin arvadına haqsız təzyiq göstərməklə günahlandırılıb. İttihamı səbəbi ilə 1893-cü ilin martında istefa versə də, müəyyən müddət sonra yenidən vəzifəsini icra etməyə başlayıb.
1895-ci ilin noyabrında öz kabinetini qursa da, konstitusiya böhranı nəticəsində kabineti düşür. O,tanınmış mason idi və kabinet üzvlərindən səkkizi mason idi.
Haaqa Sülh Konvensiyasında ölkəsini təmsil edən Burjua, 1903-cü ildə daimi hakim heyəti üzvlüyünə namizəd göstərilib.
Xaricə tez-tez səyahət edərək Valdek-Russo və Komb nazirliklərinin siyasi mübarizələrindən bir qədər uzaq duran Burjua, 1902 və 1903-cü illərdə Palatanın prezidenti seçildi. 1905-ci ildə Odiffre Marna departamentinin senatoru, 1906-cı ilin mayında Sarrien kabinetində Xarici İşlər naziri oldu. 1899 və 1907-ci illərdə keçirilmiş hər iki Haaqa Konfransında nümayəndə heyətinin üzvü olub. Burjua da Paris Sülh Konfransında nümayəndə heyətində idi və Yaponiyanın İrqi Bərabərlik təklifini, "mübahisəsiz ədalət prinsipi"ni dəstəkləyib.Conférence de paix de Paris, 1919–1920, Recueil des actes de la Conférence, "Secret," Partie 4, pp. 175–176. as cited in Paul Gordon Lauren (1988), Power And Prejudice: The Politics And Diplomacy of Racial Discrimination Westview Press p.92
Birinci Dünya müharibəsindən sonra Millətlər İttifaqı Şurasının prezidenti olan Leon Burjua 1920-ci ildəki fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görülüb.
Sosial respublikaçı Burjua, "solidarizm" adlandırdığı sosializmlə kapitalizm arasında ortaq zəmin axtarırdı. Zənginlərin yoxsullara borc vergisi ilə ödəməli olduqları sosial borcu olduğuna inanırdı, beləliklə, yoxsulluq yaşayan insanlar üçün sosial tədbirlərin maliyyələşdirilməsi üçün dövlətə lazımi gəliri təmin edir.
Zənginlərin yoxsullara borc vergisi ilə ödəməli olduqları sosial borcu olduğuna inanırdı, beləliklə, yoxsulluq yaşayan insanlar üçün sosial tədbirlərin maliyyələşdirilməsi üçün dövlətə lazımi gəliri təmin edir. Lakin Senat onun təklifinə qarşı çıxdı və baş nazirlikdən istefasına qədər qarşıdurma artdı.
Burjua Nazirliyi, 1 noyabr 1895 - 29 aprel 1896 Leon Burjua – Şura sədri və Daxili İşlər naziri Marselen Bertlo – Xarici İşlər naziri Ejen Qodfrua Kavenyak – Hərbi nazir Pol Dumer – Maliyyə naziri Luis Ricard – Ədliyyə naziri Eduard Lokrua – Donanma naziri Emil Lui Komb – Xalq Maarif Naziri,İncəsənət naziri Albert Vayqr– Kənd Təsərrüfatı naziri Pyer Pol Qiss – Müstəmləkələr naziri Edmond Qyot Dessen – İctimai İşlər naziri Qustav Mezyurer – Ticarət, Sənaye, Poçt və Teleqraf naziri
Dəyişikliklər 28 mart 1896-cı ildə Burjua Xarici İşlər naziri olaraq Bertlonu əvəz edib. Ferdinand Sarrien Burjuadan sonra Daxili İşlər naziri vəzifəsini icra edib.
Fransa Milli Təbiət Tarixi Muzeyinə dəstək Burjua Paris Təbiət Tarixi Muzeyi Dostları cəmiyyətinin qurucularından biri olub. 1907-1922-ci illərdə buranın ilk prezident olub.Yves Laissus, "Cent ans d'histoire", 1907-2007 - Les Amis du Muséum, centennial special, September 2007, supplement to the quarterly publication Les Amis du Muséum national d'histoire naturelle, n° 230, June 2007, ISSN 1161-9104.
İstinadlar
Xarici keçidlər Leon Viktor Oqyust Burjua haqqında on nobel-winners.com Leon Burjua — bioqrafiya
Kateqoriya:Fransa baş nazirləri Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:Fransalı Nobel mükafatı laureatları Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Fransız masonlar Kateqoriya:Millətlər Liqası Kateqoriya:Fransa ədliyyə nazirləri Kateqoriya:Fransa təhsil nazirləri Kateqoriya:Fransanın daxili işlər nazirləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri