Dəmir yumruq — Xocavənd rayonunun Hadrut qəsəbəsində qoyulmuş abidə. Abidə 2021-ci ildə qoyulub. Hadrut qəsəbəsində yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.
"Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.
"Plener Group" tərəfindən hazırlanmışdır.Layihənin memarı gənc memar Gülər Elxan qızıdır.Yumruq üzərində işləyən rəssamlar: Elxan Əliyev, Azər Məmmədov, Fərid Nəcəfov. Layihənin təşkilatçısı Cavid Əhmədovdur.
İstinadlar
Xarici keçidlər Hadrutda "Dəmir yumruq" abidəsi ucaldıldı — FOTOLAR Hadrut (Ağoğlan) "Dəmir Yumruq" abidəsi İşğaldan azad edilmiş Ağoğlan ) Hadrut ) qəsəbəsində "Dəmir yumruq" abidəsi qoyulub Xocavənd rayonunun Hadrut qəsəbəsində "Dəmir Yumruq" abidəsi ucaldılıb
Kateqoriya:2021-ci ildə yarananlar Kateqoriya:Hadrut Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri