Karles Puyol () Saforkada 1978-ci il aprelin 13-də dünyaya göz açmışdır. Karles Puyol öz dövrünün ən yaxşı müdafiəçilərindən biri kimi hesab edilir.

Klub karyerası Karles Puyol futbol karyerasına doğulduğu bölgənin La Pobla de Sequr adlı klubunda qapıçı olaraq başlamışdır. Lakin, çiynindəki zədə ilə bağlı olaraq sonradan hücumçu kimi çıxış etməyə başladı. 1995-ci ildə o Barselona'nın gənclərdən ibarət komandasına qoşuldu və orada müdafiəyə meyilli yarımmüdafiəçi mövqeyində çıxış edirdi. 1997-ci ildə Barselona B-də çıxış etməyə başladı və burada o sağ cinah müdafiəçisi mövqeyində oynayırdı.

1999-cu ildə Barselona'nın baş məşqçisi onu əsas komandaya gətirdi. Puyol əsas komandada debütünü 1999-cu il oktyabrın 2 Real Valyadolid'ə qarşı oyunda edib. Daha sonralar o müdafiənin mərkəzində də çıxış edirdi. 2002-ci ildə o UEFA tərəfindən "Avropanın ən yaxşı sağ cinah müdafiəçisi" mükafatına layiq görüldü. Aqressivliyi və peşəkarlığı ilə seçilən Puyol müdafiənin istənilən mövqeyində oynaya bilir. 2003–2004 mövsümünün sonundan etibarən komandanın kapitanıdır.

2008-ci il sentyabrın 16-sı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Sportinqlə keçirilən qarşılaşmada o əsas komandada 400-cü oyununu keçirdi.

Milli karyerası 2000-ci il noyabrın 15-də o İspaniya milli komandasında ilk oyununa çıxıb. İspaniya millisinin tərkibində o 2000-ci il Sidney Olimpiya, 2002 FIFA Dünya Kuboku, Avro 2004, 2006 FIFA Dünya Kuboku Avro 2008 kimi beynəlxalq turnirlərdə oynayıb. Bu müddət ərzində 72 oyunda 2 qol vurub. O həmçinin Kataloniya milli komandasının yoldaşlıq oyunlarında da çıxış etmişdir.

2008-ci ildə keçirilən Avropa Çempionatında yığmanın çempion olmasında o böyük pay sahibi olmuşdur və Avro 2008 Rəmzi komandasına mərkəz müdafiəçi mövqeyində seçilmişdir.

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:2009 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib İspaniya idmançıları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Barselona B FK futbolçuları Kateqoriya:Kataloniya milli futbol komandasının oyunçuları