Ford GT40 — 24 saat Le Mansı üst üstə dörd dəfə qazanan (1966-1969) idman avtomobildir. 1960–1965-ci illər arasında üst-üstə beş dəfə uzun məsafəli idman avtomobili yarışlarında qalib gələn Ferrarinin rəqibi olaraq istehsal edildi. Maşında Ferrarinin 3.0 lt. və 4.0 lt. böyük həcmli mühərriklərdən istifadə olunmasına qarşılıq olaraq, böyük həcmli Ford V8 mühərriklərindən (4.9 lt. və 7 lt.) istifadə olunur. Bu gün maşın Shelby-American Inc. və Superformance MMC. tərəfindən istehsal edilir.
Avtomobilin adlandırılması
Avtomobilin adının GT40 olaraq təyin edilməsi, Grand Tourisme kateqoriyasında yarışacağı üçün qaydalara görə maksimum 40 düym (1.02 m) hündürlüyündə olmasına görədir.
Qalereya
thumb|300px|Superformance GT40 MkI thumb|300px|Shelby GT40 MkII thumb|300px|Shelby GT40 MkII rear thumb|300px|1968 Ford GT 40 Mk III thumb|300px|Ford GT40 Mk IV thumb|300px|GT40 Mirage
Həmçinin bax Ford GT Kateqoriya:Ford avtomobilləri