Etnik turizm — qohumları görmək, özlərinin və ya valideynlərinin doğulduğu ərazilərə əcdadlarının vətəni ilə tanış olmaq məqsədiə səyahət etməklə, etnomədəni turizmi (müstəqil dövlətə və inzibati idarəetmə formasına malik olmayan azsaylı xalqların yaşadığl ərazilərə təşkil edilən səyahət) də əhatə edir.Turizmin əsasları: dərslik / müəllif kollektivi; dosent B. Ə. Bilalov və dosent Ç. G. Gülalıyevin redaktəsi ilə. Bakı, " QHT Nəşriyyatı", 2015. 496 s. Etnik turizm dünyanın bir çox ölkələrində iqtisadi inkişaf və mədəni irsin qorunması strategiyası kimi geniş şəkildə qəbul edilərək təşviq olunurEthnic Tourism. İstifadə tarixi: 21 fevral 2026.. Etnik turizm etnik mədəniyyəti turizm məhsuluna çevirməyi hədəfləyir. Etnik turizmdə festivallar, milii rəqslər, dini-mədəni rituallar və digər mədəni fəaliyyətlər, eləcədə yerli geyimlər, əl işləri kulinariya və başqa mədəniyyət elementləri mühüm yer tuturEthnic Tourism. İstifadə tarixi: 21 fevral 2026.. Etnik turizm etnik, mədəni və dini kimliklər arasında körpü rolunu oynaya bilər və mədəniyyətlərarası dialoqun qurulmasında effektiv vasitə kimi çıxış edə bilərЭтнический туризм как познание Другого. İstifadə tarixi: 23 fevral 2026..

Etnik turizm mədəni turizmə nəzərən daha çox əyaniliyi ön planda tutur, burada turist sadəcə müşahidəçi qismində iştirka etmir, birbaşa hadisələrin iştirakçı rolunu oynayırWhat is Ethnic and Indigenous tourism? İstifadə tarixi: 21 fevral 2026..

Etnik turizmdə 4 əsas subyekt (dövlət, etmik azlıqlar, turizm müəəssisəsi və turistlər) çıxış edir.

Nümunələr Çinin cənubunda yerləşən Yunnan əyalətinə bağlı Şişuanqbanna bölgəsi (təqribən 19,125 km2) Çinin ən qədim və inkişaf etmiş etnik turizmi ərazilərindən biri hesab olunurEthnic tourism: A framework and an application. İstifadə tarixi: 23 fevral 2026..

Nrahatlıq və təhlükələr Bütün üstünlüklərinə baxmayaraq etnik turizmin nizamlanması və sərhədlərinin dəqiq müəyyən edilməsi həyati önəm kəsb edir. Belə ki, tənzimlənməyən turist axını yerli mədəniyyət daşıyıcları narahat edə bilər və ya xarici dünya ilə aralıqsız əlaqə etnik qrupun özünəməxsusluğunu azalda bilər.

Həmçinin bax

Dini turizm İdman turizmi

İstinadlar