Fəs (; əl-Məğrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ing. Morocco), rəsmi adı Fəs Krallığı (; əl-Məmləkəl-Məğribiyyə) olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.
Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir.
Mərakeşin ərəb və amaziq olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (fransız, ingilis, ispan, alman, italyan, portuqal) açıqdır.
Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, "Darija" gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir. Məsələn, "Həsəniyyə" ləhcəsi bu dialekt variantlarından biridir və Mərakeşin cənubundakı Sahara əyalətlərində danışılır.
Amaziq Tifinagh yazısı ilə yazılmışdır. Ərəb dili kimi Amaziqin də bir neçə ləhcəsi var. Bunlara Rifian (Rifdə danışılır), Tamazight (Orta Atlasda və Yuxarı Atlasın bir hissəsi olan müxtəlif vadilərdə danışılır) və Tachelhit (Yuxarı Atlasda, Soussda və krallığın mərkəzi sahilində danışılır.) daxildir.
Mərakeş seçkili parlamenti olan konstitusiyalı monarxiyadır. İcra hakimiyyəti Hökumətə həvalə olunub. Qanunvericilik hakimiyyəti onun iki palatası: Nümayəndələr və Müşavirlər p
Mərakeş dini tolerantlıq ölkəsi hesab olunur. İslam dövlət dinidir. Ölkədə yəhudi və xristian icmaları da var. Mərakeş Konstitusiyası hər kəsə ibadət azadlığı verir.
Kral "Əmirəl-möminin"dir (möminlərin əmiri). O, İslama hörmət edilməsini və dinlərin azad şəkildə həyata keçirilməsini təmin edir.
Tarixi Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (Mürabitlər, Müvəhhidlər, Vəttasilər, Mərinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır.
XI əsrdən başlayaraq bir sıra bərbər sülalələri müasir Mərakeşin ərazisində hakimiyyətdə olub. Əlmoravilər sülaləsi Sanhacı tayfasından, Əlmohadlar sülaləsi isə Masmuda tayfasından idi.
İdrisilər sülaləsi 788-ci il Yaxın Şərq mənşəli ilk müsəlman sülaləsinin doğulduğu il idi. Mərakeş Dövləti 791-ci ildə yaradılmışdır. Peyğəmbərin kürəkəni Əlinin nəslindən olan I İdris ailəsinin qətliamından qurtulmaq üçün Ərəbistandan qaçaraq Volubilisdə məskunlaşdı və nəticədə 'Fez' şəhərinin əsasını qoydu. Bu şəhər 792-ci ildə onun varisi olan oğlu II İdris tərəfindən Krallığın paytaxtı oldu. 803-cü ildə II İdris şəhərin tikinti işlərini öz üzərinə götürdü və 828-ci ildə vəfat etdi.
Krallığın idarəsi onun oğullarına, sonra isə qardaşlarına tapşırıldı, Fez şəhəri iqtisadi cəhətdən çiçəkləndi. 857 və 859-cu illərdə şəhər Quaraouiyine və Andalusiya məscidləri də daxil olmaqla, əhəmiyyətli nailiyyətlər əldə etdi. 11-ci əsrin əvvəllərində İdrisilərin hökmranlığının sorağı 1055-ci ildə müsəlman İspaniyasındakı parçalanmalar onların dağılmasına və yox olmasına səbəb olana qədər Kordovaya çatdı.
Əlmoravilər sülaləsi thumb|233x233px|Almoravid fəthləri (XI əsr).
Əlmoravilər dini hərəkət olaraq başlayıb, Qərbi Səhranın tayfaları birləşdiriblər. 1053-cü ildə onlar Sanhacı bərbərlərini birləşdirərək, Şimali Afrikada torpaq zəbt etməyə başlayıblar. 1076-cı ildə Əbu Bəkr Qana İmperiyasına qarşı vuruşaraq, Seneqal çayının cənubi sahilini zəbt edib. 1087-ci ildə o, elə bu ərazidə həlak olub və keçmiş Qana İmperiyasının ərazisi Əlmoravilərin nəzarətindən çıxıb.
İbn Taşfinin dövründə Mərakeş hissəsi Əlmoravilərin nəzarəti altında idi. Mərakeş şəhərin əsası qoyulub. 1090-cı ildə İbn Taşfin Əndəlüsə yürüşü başlayıb. O, 1106-də həlak olub və bundan sonra xristian krallıqlar addım-addım Əndəlüsün ərazilərini zəbt etməyə başlayıb. 1147-ci ildə Əlmohadlar paytaxt Mərakeş şəhərini zəbt edərək, Əmoravilər sülaləsinin hakimiyyətinə son qoyublar.https://books.google.lt/books?id=Z2N5DwAAQBAJ&pg=PA40&dq=Abdallah+ibn+Yasin&hl=en&sa=X&ved=2ahUKEwir0Kv75sT8AhWSposKHeHWAMsQ6AF6BAgFEAI#v=onepage&q=Abdallah%20ibn%20Yasin&f=false pp. 40–41
Almohad sülaləsi thumb|1147–1269-cu illər arasında Almohad imperiyası|231x231px Almohad sülaləsi Yuxarı Atlasdan olan Amazigh sülaləsidir, onların adı ərəbcə "Al Mouwahidoune" və "birləşdiricilər" (Allahın bənzərsizliyini iddia edənlər) sözlərindən gəlir. Onun qurucusu El Mehdi İbn Toumart idi.
Tələbəsi Abdel-Moumen Mərakeşi paytaxt kimi seçdi. Burada Koutoubia tikintisi aparıldı, bundan sonra Almohad imperiyası quruldu və o, Şimali Afrikanı öz hakimiyyəti altında birləşdirə bildi, lakin o, Əndəlusiyanı öz imperiyasına qatmadan 1163-cü ildə Rabatda öldü. Bu qələbəyə 1195-ci ildə Portuqaliya və İspanlara qarşı Alarkos döyüşündə qalib gələn varisi Yacoub El-Mansour nail oldu.
Merinidlər sülaləsi thumb|256x256px|Marinid sülaləsi, Mərakeşin hakim sülaləsi, ən böyük ölçüdə (14-cü əsrin ortaları)Amaziq sülaləsi Yuxarı Moulouya hövzəsindən köçəri Zenets-lərdir. Bu sülalə, Fez El-Jedid- in yaradılmasını və Medersa El-Attarine, Medersa Abou Inane, Medersa Merinide in Sale də daxil olmaqla bir neçə mədrəsənin tikintisini davam etdirərək Fez şəhərini paytaxt olaraq seçdi. Merinid Əlmohad İmperatorluğunun tənəzzülündən istifadə edərək Fez, Rabat, Sale şəhərlərinə, eləcə də Saiss və Qarbın münbit düzənliklərinə nəzarəti ələ keçirdi.
Daha sonra Merinid Sultan Abu Youssef Yacoub 1269-cu ildə Mərakeş şəhərini ələ keçirdi.
Marinid sülaləsinin ali lideri olaraq Abu El-Hassan təxminən 1331-ci ildə imperiyanı yenidən qurmağa cəhd etdi və 1347-ci ildə indiki Əlcəzair və Tunis ərazisindəki Tlemceni fəth etdi, lakin 1340-cı ilə qədər İspaniya və Algeciras'ı tuta bilmədi.
1348-ci ildə Qara Ölüm və Tlemcen və Tunis üsyanları portuqalları və ispanları sıxışdıran Marinidlərin süqutuna işarə idi və onların varisləri Wattassides vasitəsilə sahildə məskunlaşmalarına imkan verdi. Müqavimət qardaşlıqlar və maraboutlar ətrafında təşkil edilmişdi ki, bunlardan da Saadian sülaləsi yaranmışdı.
Saadian sülaləsi Draa vadisindən olan Şeriflər sülaləsinin (Məhəmməd peyğəmbərin Çorfa nəslindəndir) paytaxtı Mərakeş idi. 1578-ci ildən etibarən Sultan Ahmed Al Mansour Eddahbi mühüm hərbi qələbələrlə, o cümlədən Oued El-Makhazine-dəki "Üç Kralın Döyüşü"ndə qələbə ilə hakimiyyətini davam etdirdi. Qızıl və qulları geri gətirdiyi "Timbuktunun fəthi", həmçinin "El Badii sarayının " tikintisi, şəkər sənayesinin və silahların inkişafı da bu nailiyyətlər sırasındadır. Sultan Ahmed Al Mansour Eddahbinin hakimiyyəti 1602-ci ildə başa çatdı.
Ələvilər sülaləsi thumb|318x318px|Germain Müette tərəfindən Moulay İsmayılın təsviri, 1683 Ələvilər sülaləsi 1666-cı ildən bütün ölkə üzərində hakimiyyətini bərqərar etməzdən əvvəl bu bölgədə məskunlaşan İmam Əlinin nəslindən olan Tafilalet Çorfa nəslindəndir. Sülalənin qurucusu və onun ruhani lideri Moulay Əli Şərif, eləcə də onun varisləri (1640-cı ildə ilk kral elan edilmiş Məhəmməd Ben Əli Şərif də daxil olmaqla) Mərakeşi yenidən birləşdirdilər və bununla da müvafiq olaraq siyasi və hərbi strategiya həyata keçirdilər.
1672-ci ildə Kral Moulay İsmail sələflərinin gördüyü işləri davam etdirərkən mütləq hakimiyyətə sahib idi. Sultan daha sonra Krallığın paytaxtı olaraq təyin etdiyi Meknes şəhərini qurmaqla başladı. Laraş (Larache) və Tanjeri ələ keçirdikdən sonra Moulay Ismail yerli siyasi və dini gücləri aradan qaldırdı və bununla da Şərif İmperiyasını qurdu. Onun hakimiyyəti Seneqala qədər genişlənəcək idi və o, bütün bölgədə qalalar şəbəkəsinin yaradılmasını əmr etmişdi. Bu, ordunun fəaliyyət göstərdiyi şəbəkə idi. Daha sonra o özünü xüsusilə, Fransa kralı XIV Lüdovik (Louis) ve İngiltərə kralı II Ceyms (James) zamanında xarici ölkələrlə səmərəli diplomatik əlaqələr qurmağa həsr etdi.
1727-ci ildə Moulay İsmailinn ölümündən sonra onun yerinə Sidi Mohamed Ben Abdallah (lll Məhəmməd) keçdi. Alovlu bir müsəlman olaraq o, ancaq ölkəyə sülh və əmin-amanlıq gətirməyi düşünürdü. Buna görə də o, ilahi bir insan kimi qarşılandı və onun elanı əsl plebisit xarakterini aldı. Vəzifədə olan kimi o, vergiləri yüngülləşdirdi, vahid valyuta yaratdı və Quiç tayfalarından yeni ordu təşkil etdi.
O, həmçinin Mərakeş limanlarının möhkəmləndirilməsi üzərində işləmiş və Mazaqanı portuqallardan geri almışdır (1769). İspanlarla sülh və XV Lüdoviklə məhbuslar haqqında müqavilə bağladı. Mərakeşin Triq-Sultan (strateji keçid) itkisini kompensasiya etmək üçün xarici dünya ilə əlaqələrini gücləndirməli olduğunu nəzərə alaraq, Danimarka, İsveç, İngiltərə və ABŞ ilə ticarət müqavilələri imzaladı və 1777-ci ildə ABŞ-ın müstəqilliyini tanıyan ilk ölkə oldu.
Sidi Məhəmməd Ben Abdallah, tikintisini fransız memar Qurnoya həvalə etdiyi Moqador şəhərinin təməlini qoydu. Əgər maliyyə çatışmazlığı ona mane olmasaydı, şübhəsiz ki, daha çox şey edərdi. 1790-cı ildə vəfat edəndə Mərakeş onun hökmranlığından əvvəlki dövrlərə görə daha yaxşı vəziyyətdə idi.
Moulay Slimane, yalnız iki il (1790–1792) padşahlıq edəcək Moulay Yezid Ben Abdallahın varisi oldu. Oujda türklərini qovdu, çoxlu məscid və mədrəsələr tikdirdi, İsly döyüşündə əlcəzairlilərin köməyinə gəlməyə də laqeyd qalmadı.
Şərif İmperiyasının Əlcəzair əmiri Abd el-Kaderə dəstəyindən sonra Mərakeş 1844-cü ildə Fransanın və 1859–1860-cı illərdə İspaniyanın hərbi müdaxilələrinə səbəb olan çox çətin siyasi böhran yaşadı. Toqquşmalar Sultan IV Məhəmmədin dövründə 1873-cü ilə qədər davam etdi.
IV Məhəmmədin varisi Sultan I Moulay Həsən, hakimiyyətini qoruyaraq, Yuxarı Atlas qəbilələrini birləşdirərək hakimiyyətini möhkəmləndirdi və müstəqilliyini qoruyaraq ölkəni modernləşdirdi. Lakin Böyük Britaniya, İspaniya və Fransanın xarici müdaxilələri Mərakeşin xarici banklara borcunun dərinləşməsinə səbəb oldu.
I Moulay Həsən 1894-cü ildə vəfat etdi və Sultan Moulay Əbdüləziz (Abdelaziz) onun yerinə keçdi və 1907-ci ilə qədər hökmranlıq etdi, eyni il Moulay Hafid vəzifəyə keçdi. Bəzi Avropa vətəndaşlarının öldürülməsindən sonra fransızlar Kasablankanı işğal etdilər. Fransa və İspaniya 1906-cı ildə Algeciras konfransında Mərakeşin yeni dövlət bankının mandatı olaraq təyin edildi.
General Lyautey 1925-ci ildə getdi və Fransa Şərif mərkəzi hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıraraq birbaşa idarəçiliyə keçdi. Müqaviməti əsasən gənc şəhər elitaları təşkil edirdi. İkinci Dünya müharibəsi millətçi müxalifətlə Fransa arasında atəşkəs əldə etdi. Müharibə zamanı 1927-ci ildə Şərif Krallığının sultanı elan edilən və bununla da bütün təbəələrinin himayədarı olan Kral Məhəmməd Ben Yusif (V Mohammed) rejiminə qarşı Mərakeş yəhudilərinin davasını şiddətlə müdafiə etdi.
1944-cü ildə Müstəqillik Manifesti elan edildi. Üç il sonra Əlahəzrət Kral V Məhəmməd Tanjerdə tarixi nitq söylədi. Sonrakı beş il ərzində Fransa ilə danışıqlar uğursuz oldu və 1952-ci ildə protektorat məmurları ilə millətçilər arasında böhran üsyançı hərəkatlara səbəb oldu. Bu vaxt Sultan taxtdan salındı, sonra 1953-cü ildə kral bütün ailəsi ilə birlikdə Madaqaskara sürgün edildi.
Bununla belə, Hind-Çindəki uğursuzluqlar və 1954-cü ildə Əlcəzair müharibəsi Fransa hökumətini siyasi həll yolu axtarmağa sövq etdi. Suverenin 1955-ci ilin noyabrında sürgünə qayıtması 1956-cı ildə Fransa, sonra isə İspaniya tərəfindən tanınan müstəqilliyə yol açdı.
Kral II Həsən (1961 – 1999) thumb|Mərhum Əlahəzrət Kral II Həsən