Ölüm yoxdur, uşaqlar! — 1970-ci ildə Türkmənfilmdə çəkilmiş SSRİ ağ-qara filmi. Rejissoru Bulat Mansurovdur. Film Böyük Vətən müharibəsinin son günlərində kiçik bir sovet əsgərinin nasistlərlə bərabər olmayan bir döyüşə necə getdiyini izah edir. Filmin baş qəhrəmanı Leytenant Vladimir Rubinin - Sovet İttifaqı Qəhrəmanı Vladimir Rubinskinin prototipi filmin ssenari müəllifi Seyitniyaz Atayevin əsgər yoldaşıdır.

Süjet 4 May 1945-ci il, Berlin artıq təslim olub və ələ keçirilib. Müharibə bir neçə günə başa çatacaq. Topçu Volodya Rubinin rəhbəri olduğu piyada kəşfiyyat tağımından ibarət 66 nəfərlik dəstə, Elba çayı sahilində ABŞ işğal zonasına keçməyə cəhd edən özündən qat qat böyük qüvvəyə malik nasist dəstəsi ilə üz-üzə gəlir.

Faşistlər əvvəlcə qarşılarında kiçik bir dəstənin olduğunu anlamadan ağ bayraq qaldıraraq katolik keşişlər vasitəsi ilə danışıqlar aparmağı təklif edirlər. Eyni zamanda, alman generalı yalnız özü ilə eyni rütbəyə malik şəxslə danışıqlara gedəcəyini bəyan edir.

Kapitan Rəcəbov tanklar və yeni qüvvələrin yalnız bir neçə saatdan sonra gələcəyini bilərək, vaxt qazanmaq üçün hiyləyə əl atmağı qərar verir. O, 38 yaşlı gizir türkmən Məmmədə Sovet generalı rolunu oynamağı əmr edir. Çünki, bölmədə başqa heç kim bu rol üçün uyğun deyildi. Belə ki, hamı eyni çağırış olduğundan çox gəncdir və yaşlı general roluna heç uyğun gəlmirlər.

Gizir Məmməd, kapitan Rəcəbov və tərcüməçi Voyçex danışıqlar aparmaq üçün gedirlər. Yağış yağır və onlar bolşeviklərə təslim olub Sibirə getməyəcəyini bəyan edən və "Hitler salamı" deyə qışqıran Alman general-mayoru von Şlyupkenin olduğu Kostyola dəvət olunurlar. Özünü alman generalına “General Məhəmməd Anauski” kimi təqdim edən və uzun plaşının altında gizir paqonlarına malik və sinəsində bütün tağımdan toplanan medal və ordenləri asan müharibədən əvvəl sadə bir türkmən çoban olan Məhəmməd alman aristokrat generalına qeyd-şərtsiz təslim olmaq üçün bir saat vaxt verir:

Yalnız iki saat sonra, radio danışıqların ələ keçirilməsindən sonra almanlar, əslində qarşılarnda kiçik bir Sovet dəstəsinin olduğunu və onları asanlıqla məğlub edəcəkləri ümidi ilə hücuma keçməyi düşünürlər.

Onları nə gözlədiyini başa düşən Volodya Rubinin döyüşçüləri, tibb bacısı Tanya Korolevanı xilas edərək onu gələn əlavə qüvvələrin yanına göndərir və özləri də döyüşü qəbul edirlər.

Qeyri-bərabər döyüş nəticəsində dəstə məhv ölür, sağ qalan son əsgərlər - leytenant Volodya Rubin, polyak Voytsex, türkmən Məhəmməd və qazax Kindzibayev - həlak olan ukraynalı yoldaşları Mikola Şvetsin "Ölüm yoxdur, uşaqlar!" mahnısını oxuyaraq 45 metrlik topa doğru qaçırlar...Сэпман Изольда Владимировна — Кино и поэзия / Российский институт истории искусств. — СПб.: РИИИ, 1994. — 129 с. — стр. 91В Ашхабаде открылась Неделя советских военных фильмов , 11 мая 2015

Şeir və mahnılar Film Anna Axmatovanın "Xatirədə" şeiri ("Və sən, son zəngin dostlarım!") və Aleksandır Tvardovskinin "Vasil Tyorkin" şeirinin sətirləri ilə başlayır.

Filmdə aşağıdakı mahnılar ifa olunur: "Məktub" (Musiqi N.Boqoslovski, sözləri M.Lvovski), Vladimir Troşinin ifasında. Vladimir Troşin və Eduard Hilin ifasında "Ölüm ölümdür" (musiqi: N.Boqoslovski, sözləri: A. Tvardovski). Mark Bernesin ifasında "Qaranlıq gecə" (musiqisi N. Boqoslovski, sözləri V.Aqatov). Aktyorlar Artık Calliyev - Məhəmməd, gizir Arina Aleynikova - Tanya Koroleva, gizir, sanitarka Yevgeni Jarikov - Vladimir Rubin, leytenant Şamməhhəməd Akmuməmmədov - Rəcəbov, kapitan Anatoliy Şitov - Voyçex Ağmurad Byəşimov - Kinzibayev, sıravi Ağmurad Berdıklaçov - Uzun, çavuş İqor Varpa - SS zabiti Xocan Ovezqelenov - Eşik-qul Epizodlarda: P.Şerbak, A.Plotnikov, M.Barillo, A.Fərəcov, F.Ortutay, S.Poopuu

Tənqid "Kino Sənəti"ndə film haqda belə yazılırdı: "Rejissor detalların gündəlik etibarlılığında ümumiləşdirici görüntü mənbəyi axtarır. Çavuş Mayor Odoevi simvolik yüksəkliklərə qaldıran rejissor dərhal əsgərin orijinal konkret obrazına qayıtmaq üçün bir fürsət tapır".Смерти нет, ребята! // :ru:Искусство кино, Выпуски 7-12, Изд. Союза работников кинематографии СССР, 1971 - стр. 73-75

"Hərbi həyatın sadəliyi, xırdalıqları bu filmdə romantik, yüksələn bir intonasiya ilə təəccüblü dərəcədə dəqiq birləşdirilmişdir. Bu səbəbdən filmdəki obrazlar bu qədər əlamətdar və eyni zamanda bu qədər yaxın və başa düşülən görünür". - deyə 2015-ci ildə Aşqabaddda keçirilən Böyük Vətən müharibəsinə həsr olunan Sovet filmləri festivalında deyilmişdi.

Kinoşünas İzolda Vladimirovna Sepman, Axmatovanın şerinin kino lentin açılışında səslənməsi filmin lirik leytmotivi olduğunu qeyd etmişdir..

"Kino Sənəti" jurnalı ilk növbədə "Mamedin çox çətin rolunu mükəmməl oynayan" A.Calyevin aktyorluğunu yüksək qiymətləndirmişdir.

Film Türkmənistan kinosunda ən əlamətdar filmlərdən biri hesab olunur, 2015-ci ildə Aşqabadda Böyük Qələbənin 70 illiyi şərəfinə Sovet hərbi filmləri Həftəsini açmışdır.

İstinadlar

Ədəbiyyat Смерти нет, ребята! // :ru:Искусство кино, Выпуски 7-12, Изд. Союза работников кинематографии СССР, 1971 — стр. 73-75 Смерти нет, ребята! // :ru:Советский экран: двухнедельный иллюстрированный журнал, Союз работников кинематографии СССР, 1971 — стр. 2-3, стр. 44 Колдашева А. — Дыхание войны. (Худож. фильм «Смерти нет, ребята») // «:ru:Комсомолец Туркменистана» за 24 ноября 1970 года Смерти нет, ребята! Владимир был талисманом полка из-за отчаянной храбрости // Еженедельник «:ru:Аргументы и Факты» № 3 за 14 января 2015 года Юлия Ли — Укротитель «тигров» // Журнал «Смена», 20 мая 2013

Xarici keçidlər Internet Movie Database - Smerti net rebyata

Kateqoriya:Türkmənistan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:1970-ci ilin filmləri