Qrup seks — ikidən daha artıq şəxsin birlikdə cinsi əlaqədə olması. Fərdlər arasında heç bir cins məhdudiyyəti yoxdur. Qrup seksə pornoqrafik filmlərdə tez-tez yer verilir.
Növləri Ümumi olaraq 2-dən artıq fərdin cinsi əlaqədə olması qrup seks adlandırılsa da, bəzi növlərinin xüsusi adları vardır:
Qızçiçəyi zənciri - bir qrup iştirakçı bir-birinə dairəvi formada cunnilingus və ya fellatio edir. Hər bir iştirakçı "verici" və "alıcı" rolunda çıxış edir; Üçlü (üçləmə) — 3 şəxsin cinsi əlaqədə olması; Dabl penetrasyon — iştirakçılardan biri qadın, ikisi erkəkdir. Erkək fərdlər qadınla eyni anda həm vagina, həm də anus yolu ilə cinsi əlaqədə olurlar; Dördlü — 4 şəxsin cinsi əlaqədə olması; Dəstə patlaması (toplu təcavüz) — eyni insanla eyni vaxtda və ya sırayla seks edən çox insanlar
Svinger parti Svinger partisi və ya partnyor dəyişmə partisi sabit münasibətdə olan şəxslərin və ya cütlüklərin əyləncə və ya sosial fəaliyyət məqsədilə digər şəxslərlə cinsi əlaqədə ola bildikləri yığıncaqlardır.
Risklər
Yayılım 2015-ci ildə ABŞ-də aparılmış sorğunun nəticələrinə əsasən, həyatları boyunca üç nəfərin iştirakı ilə cinsi əlaqədə (17,8%-ə qarşı 10,3%) və ya qrup şəklində cinsi əlaqədə (11,5%-ə qarşı 6,3%) olduqlarının bildirən kişilərin faizi qadınlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olub.
Sağlamlıq Bütün cinsi fəaliyyət növlərində olduğu kimi qrup şəklində cinsi əlaqəninin nisbi riskləri də həyata keçirilən konkret cinsi fəaliyyətlərdən asılıdı.r Bununla belə, çoxsaylı cinsi partnyorun olması cinsi yolla ötürülən infeksiyalara yoluxma riskini artırır.
İştirakçılarln iddialarına görə, qrup şəklində cinsi əlaqənin baş verdiyi məkanlarda daha təklükəsiz cinsi əlaqə üçün çox vaxt prezervativlər, dental qoruyucular, lateks əlcəklər, lublikantlar və digər vasitələr təqdim olunur. Bununla belə, həmin vasitələrdən həqiqətən istifadə edildiyini təsdiqləmə mümkün deyil və onların istifadəsi adətən məcburi xarakter daşımır. Xüsusilə qrup sekslərin keçirildiyi hamam və ya saunalar daha təhlükəsiz cinsi əlaqə haqqında məlumatların yayılmasının əsas mənbələrində biridir. Bu məkanlarda məlumatlandırıcı bröşürlər paylanır, daha təhlükəsiz cinsi əlaqəyə dair plakatlar görünən yerlərdən (çox vaxt həm hər bir otağın divarlarında, həm də ümumi istifadə sahələrində) yerləşdirilir, pulsuz prezervativlər və lubrikantlar təqdim olunur. Bundan əlavə, ziyarətçilərdən çox vaxt həmin məkanlarda yalnız daha təhlükəsiz cinsi əlaqdə olacaqlarınını təsdiqləmələri tələb edilir.
İstinadlar
Kateqoriya:Seks pozaları