Qaratəpə-Aslandaş Milli Parkı () ― Türkiyənin cənubunda yerləşən, 1958-ci ildə qurulmuş milli park. Su anbarının sahilində yerləşən bu ərazidə arxeoloji açıq hava muzeyi var.

Milli park ərazidəki əhəmiyyətli arxeoloji tapıntıların aşkarlanmasından sonra ölkənin bu tipli ikinci qorunan ərazisi olaraq 28 sentyabr 1958-ci ildə qurulmuşdur.

Yer Qaratəpə-Aslandaş Milli Parkı Osmaniyyə ilinin Kadirli və Düziçi bölgələrindədir. Qorunan ərazi Osmaniyyənin şimalında və Kadirlinin cənub-şərqində yerləşir. Ən yaxın hava limanı məsafədə yeləşən Adana Şakirpaşa Hava Limanıdır.

Coğrafiya Milli park Tavr dağlarının ətəkləri ilə Ceyhan çayının keçdiyi Çukurova düzənliyi arasındakı ərazidə yerləşir. Park bit hissəsi Aslantaş bəndinin yaratdığı su anbarının sahilindədir. Ceyhan çayının qolları olan və Aslantaş su anbarına tökülən Hillik, Kırağı, Kışla və Kaplan çayları qorunan ərazinin sərhədlərıni təşkil edir.

Milli parkın dəniz səviyyəsindən ortalama hündürlüyü arasında dəyişir.

Bundan başqa ərazidə İncirlitəpə (), Kalitəpə (), Karadağtəpə (), Qarzədətəpə (), Gavurtaştəpə (), Bocayücetəpə (), Kartəpə () kimi görkəmli təpələr də daxil olmaqla hündür nöqtələr var.

Açıq hava muzeyi thumb| Milli parkın içərisindəki Karatəpə-Aslantaş Açıq Hava Muzeyində Neo-Hitit daş aslan heykəlləri (türkcə: Aslantaş). Milli park həmçinin, Türkiyənin ilk qurulmuş eyni adlə açıq hava muzeyini ehtiva edir. Yerli olaraq "Hitit yarımadası" adlandırılan əraziyə milli parkın girişindən başlayan 1 200 metr uzunluğundakı daş döşənmiş cığırla getmək mümkündür.

Açıq səma altındakı muzey arxeoloji bir məkandır və neo-hititlərin 8-ci əsrdən qalma qədim divarlı yaşayış məskənini nümayiş etdirir. 1946–1952-ci illər arasında aşkarlanmış istehkamın içindəki əsərlər, daş heykəllər və qabartmalar əvvəlki yerindəcə qalır. Əraziyə adını daş üzərindəki aslan heykəlləri () vermişdir.

Ekosistem

Flora Milli park Aralıq dənizi iqliminin bir çox tipik flora növünə ev sahibliyi edir. Parkdakı meşələri Pinus brutia və palıd (Quercus) təşkil edir. Digər bitkilərə Pistacia terebinthus və sumaq (Rhus) daxildir. Milli parkın piknik sahələrində Sciadopitys, qoz ağacı (Juglans), çinar (Platanus), Morus , ballınanə və hidrangeya (Hydrangea) əkilmişdir.

Fauna Milli parkda 15 məməli, 12 sürünən, 5 amfibiya və 22 balıq növü müşahidə olunur.

İstirahət Milli park ziyarətçilər üçün hər gün açıqdır. İstirahət üçün açıq hava fəaliyyəti kimi təklif olunan imkanlar gəzinti, pinik və düşərgədir. Düşərgəyə yalnız təyin olunmuş piknik yerlərində icazə verilir. Qonaqların qalması üçün nəzərdə tutulmuş evlər Kadirli və Osmaniyyədə mövcuddur.

İstinadlar

Kateqoriya:1958-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyə milli parkları