Nyu-York Şəhər Kolleci () — Nyu-York Şəhər Universitetinin (CUNY) əsas və ən qədim kolleci. 14 ha sahəyə malik kampusu Manhetten borosunun Hamilton Hayts hissəsində, Konvent prospekti boyu yerləşir.
Tarixi 1847-ci ildə zəngin iş adamı Taunsend Harrisin vəsaitlərinə əsasən qurulmuşdur. Nyu-York Şəhər Kolleci Amerika Birləşmiş Ştatlarında ilk pulsuz dövlət ali təhsil müəssisəsi idi və eyni zamanda uzun illərdir CUNY-nin flaqman kampusu hesab olunur.
2011-ci ilin payızında kollecdə memarlıq, mühəndis işi, azad sənətlər və elmlər, təhsil, biotibb, psixologiya və s. üzrə bakalavr, magistr və doktorantura sahələrində təhsil alan 16.544 tələbə var idi. Nyu-York Şəhər Kollecinin tələbə heyəti ABŞ-dəki ən müxtəlif qruplardan biridir və dünyanın 162 ölkə nümayəndələrini bir araya gətirir.
İstinadlar