Viktor Pavloviç Nogin (; ) — SSRİ dövlət və partiya xadimi.

Həyatı Viktor Pavloviç Nogin 14 fevral 1878-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1898-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. Nogin 1900-cu ildə mühacirətdə olarkən Almaniyanın Münhen şəhərində Vladimir Lenin ilə görüşmüşdür. O, 1901-ci ildə Moskva və Peterburqda "İskra"nın agenti olmuşdur. Nogin partiyanın II qurultayından sonra bolşevik olmuşdur. O, RSDFP-nin Peterburq (1905), Bakı (1906), Moskva (1906–1908) komitələrinin üzvü olmuşdur. Nogin bir müddət təsviyəçilərə və müdafiəçi menşeviklərə qarşı barışdırıcı mövqe tutmuşdur. O, 1917-ci il Fevral inqilabından sonra Moskva Sovetinin təşkilatçılarından biri, onun sədri olmuşdur. Nogin RSDF(b)P VI qurultayında "Hümmət"in nümayəndəsini təbrik etmiş və Mərkəzi Komitənin "Hümmət"ə həm maddi, həm də başqa yardım göstərməsini təklif etmişdir. O, Moskva HİK-inin üzvü, Moskvada silahlı üsyanın rəhbərlərindən idi. Nogin RSFSR-in ilk xalq ticarət və sənaye komissarı olmuşdur. O, 1917-ci ilin noyabrında menşevik və eserlərin iştirakı ilə koalisiya hökumət yaradılmasına tərəfdar çıxmış, RSDF(b)P MK-dan və XKS-dən çıxmışdır. Nogin sonralar səhvlərini etiraf etmişdir. O, 1918-ci ildən sovet və təsərrüfat işində çalışmışdır. Nogin partiyanın V-XII qurultaylarının nümayəndəsi olmuş, MK və MTK üzvü seçilmişdir. Viktor Nogin 22 may 1924-cü ildə SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmiş, şəhərin Qızıl meydan adlandırılan yerində dəfn edilmişdir.

Məqalələr Ногин В. П. На полюсе холода, М., 1922. Ногин В. П. Среди московских большевиков, в кн.: Год борьбы, М-П. 1927.

Mənbə İstinadlar

Ədəbiyyat Ногин, Виктор Павлович / Аксютин Ю. В. // Николай Кузанский — Океан. — М. : Большая российская энциклопедия, 2013. — С. 258—259. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 23). — . Архангельский В. В. Ногин. — М. : Молодая гвардия, 1964,1966. — 432 с. — (ЖЗЛ; Вып. 384). — 105000,50000 экз. Ленин В. И. Полн. собр. соч., 5 изд. (См. Справочный том, ч. 2, с. 460.) Подгорный И. А. В. П. Ногин. — Л.: Лениздат, 1966. Чернов Ю. М. Любимый цвет — красный: Повесть о Викторе Ногине. — М.: Политиздат, 1970. — (Пламенные революционеры) — 366 с, ил. То же. — 2-е изд., испр. и доп. — 1977. — 335 с, ил.

Xarici keçidlər Биографии на «Хроносе»

Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Bolşeviklər Kateqoriya:Menşeviklər Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin XI konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin X konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin IX konfransının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:SSRİ nazirləri Kateqoriya:RK(b)P-nin IX qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VII qurultayının nümayəndələri Kateqoriya:RSDFP-nin V qurultayının nümayəndələri Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri Kateqoriya:RSDF(b)P-nin VII konfrasının nümayəndələri