Nurek su-elektrik stansiyası (, ) — Tacikistanda, Nurek şəhərinin yaxınlıqlarındakı Polisənki dərəsində, Baxş çayı üzərində yerləşən su-elektrik stansiyası.
Tarixi Nurek su-elektrik stansiyasının tikintisinə 1961-ci ildə başlanmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında doqquzuncu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə (2.7 milyon kvt) çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır. Həmin il orta illik elektrik enerjisi istehsalı 11,2 milyard kvt-saat olmuşdur. Su qovşaqlarının təzyiq səviyyəsi 710 m, maksimum təzyiq 275 metrdir. Artıq suyun axıdılması üçün iki tunel (uzunluqları 1.4 və 1.6 km) tikilmişdir. Bənd Nurek su anbarını əmələ gətirmişdir. Elektrik enerjisi elektrik xətləri ilə (gərginliyi 500 və 220 kv) Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminə verilir.
Dizayn Yerli materiallardan olan bəndin hündürlüyü 300 metrdir və həcmi 56 milyon m²-dir. Bu, Nurek SES-ni dünyanın ən hündür ikinci bəndi edir. 2013-cü ilə qədər dünyanın ən hündür bəndi olan Nurek SES-in rekordunu ÇXR-nin Tsinpin-I SES-i qırmışdır. SES-in binasının uzunluğu 200 metrdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Tacikistan su-elektrik stansiyaları Kateqoriya:Tacikistan gölləri Kateqoriya:SSRİ su-elektrik stansiyaları