Liquriya dili (lìgure) – keçmiş Genuya Respublikasının ərazisində, Şimali İtaliyanın Liquriya regionunda, Fransanın Aralıq dənizi sahillərində, Monakada, Korsikada yerləşən Bonifaço qəsəbəsində və Sardiniyanın bəzi bölgələrində danışılan qallo-italyan dil. Qallo-italyan dili olsa da, mərkəzi və cənubi İtaliyanın italo-romans qrupuna aid xüsusiyyətlərə malikdir. Liquriyanın paytaxtı Genuyada danışılan Genuya dili bu dilin ləhcəsi hesab olunur. Ənənəvi olaraq "İtalyan ləhcələrinə" aid edilir. Bu dilin 500 mindən artıq daşıyıcısı var.
Liquriya dilində ədəbiyyatın tarixi XIII əsrə qədər uzanır. Luçetto, Martin Piacco və Ciakomo Kavalli kimi şəxslər liquriyaca ədəbiyyatın mənsubları olmuşdurlar.
Status Liquriya dilinin İtaliyada heç bir statusu yoxdur və qanunla qorunmur.Legge 482, voted on Dec 15, 1999 does not mention Ligurian as a regional language of Italy. İtaliyadakı digər dillər və dialektlər kimi Liquriya dilinin danışanlarının sayı getdikcə azalmaqdadır. 2012-ci ilin statistikasına görə əhalinin ancaq 9%-i dostlar və ailələrlə bu dildə danışır. Liquriya dili əsasən qocalar və təhsilsiz insanlar tərəfindən istifadə olunur. Buio Pesto musiqi qrupu 1995-ci ildən ancaq Liquriya dilində mahnılar bəstələyir.
Genuya Respublikasında əhəmiyyətli olduğu üçün ticarət vasitəsilə Fransa və Monakaya da yayılmışdır, bu ölkələrdə müxtəlif ləhcələri yaranmışdır. Monako Liquriya dilinin məktəbdə tədris olunduğu yeganə yerdir.
Dialektləri thumb|left|Liquriya dilinin yayıldığı ərazilər. Qərbdən şərqə doğru getdikcə intemel, qərbi Liquriya, Genuya dialektlərinə və Çinkve-Terre şivəsinə bölünür.
Əlifba Liquriya dili üçün ümumi qəbul edilmiş orfoqrafiya mövcud deyil. Genuya dialektinin isə iki əsas orfoqrafik standartı var. Liquriya əlifbası latın əlifbasına əsaslanır və 25 hərfdən ibarətdir: ⟨a⟩, ⟨æ⟩, ⟨b⟩, ⟨c⟩, ⟨ç⟩, ⟨d⟩, ⟨e⟩, ⟨f⟩, ⟨g⟩, ⟨h⟩, ⟨i⟩, ⟨l⟩, ⟨m⟩, ⟨n⟩, ⟨ñ⟩ və ya ⟨nn-⟩, ⟨o⟩, ⟨p⟩, ⟨q⟩, ⟨r⟩, ⟨s⟩, ⟨t⟩, ⟨u⟩, ⟨v⟩, ⟨x⟩, ⟨z⟩.
İstinadlar
Xarici keçidlər Təklif olunmuş rəsmi orfoqrafiya və əlifba.
Kateqoriya:İtaliya dilləri Kateqoriya:Liquriya Kateqoriya:Fransa dilləri Kateqoriya:Monako dilləri Kateqoriya:Liquriya dili