2008-ci ildə Uyğur ixtişaşları — Çin Xalq Respublikasının qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda (Şərqi Türkistan) 2008-ci ilin mart ayında başlayan etnik zəmində olan hadisələr. Hadisələr kütləvi iğtişaş və itaətsizlik şəraitində keçmiş və kiçik qarşıdurmalarla avqust ayına qədər davam etmişdir. Tarixi Bölgədəki qarşıdurmanın tarixi XVIII əsrdə bu əraziləri birləşdirən Tzin sülaləsinin hakimiyyəti dövrlərinə gedib çıxır. İslamı qəbul edən və bu bölgədə yaşayan türk xalqları (qazaxlar, qırğızlar), İran dilli taciklər və etnik çinlilər, o cümlədənərazinin əsas xalqı müsəlman uyğurlar, Çinin dövlətinin müxtəlif dövrlərində və bütün mərhələlərdə müstəqillik əldə etməyə çalışmışdılar. Çin mərkəzi hökuməti son ikiyüz ildə müstəqillik və öz müqəddəratını təyinetmə hərəkatının böyüməsini cilovlamağa çalışırdı. Son dövrlərdə hakimiyyət, Hizb-ut-Tahrir əl-İslami (İslami Azadlıq Partiyası) və Şərqi Türkistan İslam Hərəkatı kimi təşkilatları terrorçu partiyalar elan etmiş və son illərdəki iğtişaşların çoxunda onları günahlandırırdı.

2008 -ci ilin mart ayında Xotanda və Sincanın Karakaş bölgəsindəki etirazlar, qonşu Tibetdəki oxşar iğtişaşlarla eyni vaxta təsadüf etdi, lakin əsasən yerli səbəblər səbəb oldu ki, bunlardan biri də iş adamı və xeyriyyəçi Mütəllip Hacımın polis bölməsində ölümü idi.

Bir neçə ay davam edən iğtişaşların katalizatoru kimi üç səbəb çıxış etdi: Hacımın ölümü, müsəlman qadınların hicab taxmasının qadağan edilməsi və Tibetdəki oxşar iğtişaşlar haqqında məlumat. Hadisələrin xronologiyası 18 mart 2008-ci ildə - müsəlman terrorçunun muxtar vilayətin paytaxtı Urumçi şəhərində şəhər avtobusuna bomba qoyduğu bildirilir. Bu fakt Çin hakimiyyəti tərəfindən təsdiqlənməsə də, bu barədə məlumatı "International Herald Tribune" qəzeti yayır. 23 mart 2008-ci ildə - Müsəlmanlar Sincan-Uyğur Muxtar Rayonunun qərbində hökumət əleyhinə etiraz aksiyaları keçirdi. Çin hakimiyyəti nümayişlərin Tibetdəki iğtişaşlardan qaynaqlandığını düşünərək separatçıları günahlandırdı. Küçələrə çıxan nümayişçilər Xotandakı bazarda toplaşdılar. Hakimiyyət bu çıxışlarla bağlı məlumatları bloklayır: məmurlar susur və bölgədəki medianın işi bu səbəbdən çox çətin idi. Bu baxımdan, bu iğtişaşlar zamanı ölən və yaralananlar haqqında alınan məlumatlar nə rəsmi qurumlar, nə də müstəqil müşahidəçilər və ya media tərəfindən təsdiqlənməyib.

Nümayişlər zəngin bir uyğur, tacir və xeyriyyəçi Mutallip Hacımın polis idarəsində müəmmalı ölümündən sonra yenidən gücləndi. Təxminən 600 nəfər olan etirazçılar avtovağzala doğru icazəsiz yürüş etdilər. Yürüşə digər yerli sakinlərdə qatıldıqdan sonra, nümayişçilər təxminən 400 nəfəri saxlayan polis tərəfindən mühasirəyə alındığı bazara doğru hərəkət etdi. New York Times nümayişçilərin müstəqillik tələb edən pankartlar apardıqlarını və müvafiq şüarlar səsləndirdiklərini, bundan sonra polisin onları dağıtmaq üçün güc tətbiq etdiyini yazdı.

23 mart və 24 mart 2008-ci il - Minə yaxın insan etiraz olaraq küçələrə çıxdı. Etirazlar Tibetdəki iğtişaşlara təsadüf etsə də, əsasən yerli səbəblərdən, xüsusən də səlahiyyətlilərin müsəlman qadınların hicab taxmasını qadağan etməsindən qaynaqlanırdı. Polis aprelin 3 -də Qaşqarda 70 nəfəri (uyğurları) həbs etdi. Sincanın şimal-qərbində, Külçə yaxınlığındakı şəhər və kəndlərin sakinləri, aprelin 4 -də təxminən 25 uyğurun terror hücumu şübhəsi ilə tutulduğunu bildirdi. 4 avqust 2008 - İki Türküstan İslam Partiyası döyüşçüsü Qaşqar yaxınlığındakı polis postuna hücum etdi. İki əldəqayırma partlayıcı qurğu ataraq polis əməkdaşlarına bıçaqla hücum edərək 16 nəfəri öldürdülər və 16 nəfəri yaraladılar. 10 avqust 2008 - Kuçar şəhərindən partlayış və atışma xəbərləri gəldi. Partlayışlar müxtəlif polis məntəqələrində və ofis binalarında baş verdi. 12 nəfər ölmüş, yaralıların sayı isə məlum deyil. 12 Avqust 2008 - Yamanya şəhərində naməlum şəxslər bıçaqla mülki mühafizəçilərə hücum etdi: üçü öldürüldü, digərinin taleyi məlum deyil.

İstinadlar

Xarici keçidlər New York Times Kateqoriya:Çində etiraz aksiyaları Kateqoriya:Uyğur münaqişəsi Kateqoriya:2008-ci ildəki hadisələr