Futbol üzrə 7-ci Avropa çempionatı — final turniri 1984-cü il 12-27 iyun tarixində Fransanın yeddi şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. Fransa millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın qalibi də elə Fransa millisi olmuşdur.

Əvvəlkilərlə müqayisədə bu çempionatın keçirilmə sxemində bəzi dəyişikliklər edilmişdir: 8 komanda yenə də əvvəlki kimi iki qrupda mübarizə aparsa da, bu qruplarda ilk iki yeri tutan komandalar sonradan öz aralarında 1/2 oyunları keçirmişlər. Bu çempionatdan etibarən üçüncü yer uğrunda oyun da ləğv edilmişdir.

Çempionat, tarixində ilk dəfə beynəlxalq turnirin qalibi adını qazanmış Fransa millisinin ("Muşketyorlar yığması") və 5 oyunda rəqiblərinin qapısından 9 qol keçirmiş Mişel Platininin benefisi olmuşdur.

İştirakçılar

Şəhərlər və stadionlar Paris MarselPark de PrensVelodrom Tutumu: 48.400 Tutumu: 60.800 132px 128px Lans LionFeliks BollarStad de Jerlan Tutumu: 43.500 Tutumu: 41.180 132px 128px Nant Sent-Etyen StrasburqBojuarJoffrua GişarLa Meno Tutumu: 52.923 Tutumu: 36.000 Tutumu: 40.860 132px 132px 128px

Seçmə mərhələsi oyunları

Komandaların heyətləri

Final turniri A qrupu KomandaOQBMTXallar3300632018 − 3431024 − 8230030

B qrupu KomandaOQBMTXallar3120431202 − 1431112 − 2330122 − 41

Pley-off

1/2 final

Final

Avropa çempionu1984Birinci titul

Bombardirlər 9 top Mişel Platini (1-i 11 metrlik cərimə zərbəsindən)

3 top Frank Arnesen (2-si 11 metrlik cərimə zərbəsindən)

2 top Jan-Fransua Domerq Ruy Jordan Antonio Maseda Rudi Föller Preben Elkyayer-Larsen

Simvolik yığma komanda Q Harald Şumaxer M Juan Dominquş Pintu M Karl-Haynts Förster M Morten Olsen M Andreas Breme Ym Fernandu Şalana Ym Alen Jiress Ym Jan Tiqana Ym Frank Arnesen Ym Mişel Platini H Rudi Föller Mənbə: UEFA

İstinadlar

Xarici keçidlər Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası KLİSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 1984. Fransa UEFA Avro 1984 UEFA-nın rəsmi saytında UEFA-nın rəsmi saytında turnirin rusdilli səhifəsi

Həmçinin bax

Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:Fransanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1984-cü ildəki hadisələr Kateqoriya:1984-cü ildə Fransa Kateqoriya:1983/1984 mövsümündə Avropada futbol Kateqoriya:1983/1984 mövsümündə Fransada futbol