thumb|Narıncı qarın yağdığı Omsk vilayətinin Rusiyada yeri. Sibirdə narıncı qar – 2007-ci ilin fevralında Rusiyada baş vermiş anomal hadisə. 31 yanvar 2007-ci ildə Rusiyanın Sibir federal dairəsinin Omsk vilayətindəki 1500 km2 əraziyə narıncı qar yağmışdır. Narıncı qar Tomsk və Tümen vilayətlərində də müşahidə olunmuşdur. Narıncı qarın yağmasına səbəb olan hadisə naməlumdur. Bir versiyaya görə buna səbəb Qazaxıstanda baş vermiş fırtınanın gətirdiyi çirkli maddələrdir.

Təsvir Narıncı qar pis qoxulu, yağlı idi və normal səviyyədən 4 dəfə çox dəmir saxlayırdı. Qarın böyük qismi narıncı olsa da, qırmızı və sarı qar da müşahidə olunmuşdur. Qarın yağdığı ərazidə 27 min nəfər yaşayırdı. İlk öncə narıncı qarın sənaye çirklənməsi, raket gündərilməsi və ya nüvə qəzası ilə əlaqədar olaraq yağdığı güman olunurdu. Lakin daha sonra narıncı qarın toksik olmadığı müəyyən edilmiş, lakin insanlara həmin qardan istifadə etməmək tövsiyə olunmuşdur. Rəngli qar Rusiyada çox nadir müşahidə olunsa da, qara, göy, yaşıl və qırmızı rəngli qarın yağması halları yaşanmışdır.

Səbəb Narıncı qarın səbəbi dəqiq bilinməsə də, Qazaxıstandakı qum fırtısının səbəbkar olduğu güman olunur. Qar üzəridə aparılmış testlər zamanı Rusiyaya yuxarı stratosfer qatından daxil olmuş qum və gil hissəcikləri tapılmışdır. Narıncı qarın Baykonur kosmodromundan göndərilən raket səbəbi ilə yağdığı iddia edilsə də, bu iddia təkzib edilmişdir.

Rusiyada ətraf mühit mühafizəçiləri isə narıncı qarın sənaye çirklənməsi və metallurgiya artıqları səbəbi ilə yağdığını iddia etmişdilər. Narıncı qarda normal səviyyədən 4 dəfə çox nitrat, turşu və dəmir tapılmışdır. Lakin səbəbkarın yerini müəyyən etmək qeyri-mümkündür, çünki ərazidə bir çox sənaye müəssisəsi yerləşir.

Həmçinin bax Avropada narıncı qar (2018)

İstinadlar

Kateqoriya:2007-ci ildə Rusiya Kateqoriya:Anomal hava Kateqoriya:Omsk vilayəti Kateqoriya:Qar