Fritz Todt () — Almaniya dövlət və siyasi xadimi, silahlanma və sursat reyxsnaziri (1940-1942), SA oberqruppenfürerü, Lüftvaffe general-mayoru.
Həyatı Münhen və Karlsruhe Ali Texniki Məktəbində təhsil alıb. Birinci Dünya Müharibəsində iştirak edib. 1923-cü ildən NSDAP üzvü olub. 1938 -ci ildə mühüm hərbi obyektlərin, dəmir yollarının və avtomobil yollarının tikintisi ilə məşğul olan təşkilata Todt rəhbərlik etmişdir. Eyni zamanda, 1940-cı ildə Reyxin Silahlanma və Sursat Naziri təyin edildi. Bu vəzifədə, məsələn, Aufbau Ost-da SSRİ -yə hücuma hazırlıq əməliyyatlarının əhatə olunmasında iştirak etmişdir.
İstinadlar Kateqoriya:Nasist cinayətkarları Kateqoriya:XX əsr Almaniya memarları