Molodyoj Azerbaydjana (, ; mənası – Azərbaycan gəncliyi), əvvəllər Molodoy raboçi və Raboçaya molodyoj — Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə fəaliyyət göstərmiş komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Azərbaycanda rus dilində çıxan ilk leqal komsomol qəzeti olmuşdur.
Tarixi Qəzetin ilk nömrəsi "Molodoy raboçi" adı ilə 11 iyun 1919-cu ildə çıxmış, 6 oktyabrdan isə "Raboçaya molodjyoj" adı ilə çıxmışdır. Qəzet Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı MK-sının orqanı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinin təqibi nəticəsində nəşri dayandırılmışdır. 7 yanvar 1923-cü il tarixindən 19 avqust 1941-ci ilə qədər "Molodoy raboçi" adı ilə nəşrə başlamış, İkinci Dünya müharibəsi illərində çapı dayandırılmışdır. 6 sentyabr 1945-ci ildən Sovet İttifaqı süquta uğrayanadək "Molodjyoj Azerbaydjana" adı ilə həftədə 3 dəfə çıxmışdır. Qəzet Azərbaycan gənclərinin həyatını işıqlandırır və kommunist təbliğatı ilə məşğul idi. 1982-ci ildə tirajı 60 min nüsxə idi. 1979-cu ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Qəzetin müxbiri Salatın Əsgərova 6 yanvar 1991-ci ildə, Qarabağ münaqişəsi zamanı Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.КРОВАВЫЙ ОМУТ КАРАБАХА (Bloody Slough of Karabakh) by Yuri PompeyevStatistics on deaths of journalists and media workers 1990-2002 International Federation of Journalists
Həmçinin bax
Azərbaycan gəncləri Azərbaycan pioneri
İstinadlar
Kateqoriya:1919-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:1919-cu ildə ləğv olunanlar Kateqoriya:Rus dilində qəzetlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində qəzetlər Kateqoriya:Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər