Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (, ) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi.

Haqqında

1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi. Həmin dövrdə hava limanına ABŞ və NATO-nun sülhməramlı missiyasına daxil olan bir neçə dövlətin sülhməramlıları nəzarət edirdi. Son olaraq 30 avqust 2021-ci ildə hava limanında qalan ABŞ hərbiçilərinin də çıxarılması ilə hava limanı Talibanın nəzarətinə keçdi.

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı Hava limanının yenidən qurulması ilə bağlı UK Ministry of Defence Images of KBL

Kateqoriya:Kabil Kateqoriya:Əfqanıstanda nəqliyyat