Kərim Xankişi oğlu Sultanov () — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961).

Həyatı Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub.

Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub.

Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbiskar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 14 dekabr 1961 Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 20 may 1958

İfa etdiyi əsas rollar Kərim Sultanov həm romantik, həm də realist üslublu tamaşalarda müxtəlif rollar ifa etmişdir.

"Hacı Qara", Mirzə Fətəli Axundov — Heydər bəy "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov — Teymur Ağa "Ölülər", Cəlil Məmmədquluzadə — İsgəndər "Yaşar", Cəfər Cabbarlı — Yaşar "Solğun çiçəklər", Cəfər Cabbarlı — Bəhram "Nəsrəddin şah", Cəfər Cabbarlı — Mirzə Tağı xan "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Hacı Zaman "Səyavuş", Hüseyn Cavid — Rüstəm "Xoşbəxtlər", Sabit Rəhman — Mürşüd "Aşnalar", Sabit Rəhman — Murad "Küləklər", Sabit Rəhman — Nəsir bəy "Bahar", Məmmədhüseyn Təhmasib — Qüdrət "Bahar suları", İlyas Əfəndiyev — Uğur "Qaçaq Nəbi", Süleyman Rüstəm — Təhmas bəy "İldırım", Cabbar Məcnunbəyov — İldırım "Göz həkimi", İslam Səfərli — Rauf "Madrid", Mirzə İbrahimov — Xoze "Kişilər", Altay Məmmədov — Cəlilzadə "Sevinc", Şıxəli Qurbanov — Fərhad "Şərqin səhəri", Ənvər Məmmədxanlı — General Tomson "Sən yanmasan…", Nəbi Xəzri — Yanar "Medeya", Evripid — Kreont "Otello", Vilyam Şekspir — Yaqo "Qaçaqlar", Fridrix Şiller — Şvarts "Cancur Səməd", Jan Batist Molyer — Notarius "Kələkbaz sevgili", Lope de Veqa — Lüsindo "Kəllə", Nazim Hikmət — Polis rəisi "Bura gəlin", Əziz Nesin — Mateh "Quduz pullar", Aleksandr Ostrovski — Qriqori Kuçumov "Ezop", Gilerma Fiqeyredu — Aqnostos "Praqanın şabalıd ağacları altında", Konstantin Simonov — Petrov "Aldanmış adaxlı", Riçard Şeridan — Don Fernando "Aygül diyarı", Mustay Kərim — ''Yaqafar

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Səbiskar qəbiristanlığında dəfn olunanlar