Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü) — Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərzisində tapılmış son tunc-erkən dəmir dövrünə aid tunc kəmərlərin tədiqi və öyrənilməsi.

Azərbaycan dünyada qədim insanların məskunlaşdığı, həmçinin, qədim mədəniyyətlərin yaranıb, ətraf regionlara yayıldığı ərazilərdən biridir. Arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan son tunc-ilk dəmir dövrü Azərbaycanın qədim tarixinin öyrənilməsində xüsusi rol oynayır. Bu dövrdə cəmiyyətin həyatındakı əsaslı dəyişikiliklər, təsərrüfatın bütün sahələri — əkinçilik, maldarlıq, metallurgiya,metalişləmə və digər sənətkarlıq sahələrinin inkişaf edərək,yüksək səviyyəyə çatmasına rəvac verdi.

Azərbaycan xalqının metalişləmə sənətkarlığının inkişaf etməsində xammal ehtiyatının zənginliyi mühüm rol oynamışdır. E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyətinin yaradıcıları metaldan,xüsusilə tuncdan müxtəlif əşyalar, silahlar,əmək alətləri, yüksək bədii tərtibata malik bəzək və geyim aksesuarları istehsasl etmişlər ki, onlarında içərisində nadir incəsənət əsərləri sayılan tunc kəmərlər xüsusi yer tutur. Tunc kəmərlərin üzərində olan kompazisiyalar qədim Azərbaycanda yaşamış tayfaların zəngin dünyagörüşünü, estetik zövqünü, ibtidai dini təsəvvürlərini və s. özündə əks etdirir. Kəmərlərin üzərindəki təsvirlər müxtəlif heyvan, insan rəsmlərindən, döyüş, ov, təbiət səhnələrindən, həmçinin astral işarələrdən, müxtəlif həndəsi fiqur və naxışlardan ibarətdir.

Tunc kəmərlər üzərindəki təsvirlər öz zənginliyinə və mürəkkəb işlənmə texnikasına görə Cənubi Qafqazın digər yerlərindən aşkar edilmiş tunc kəmərlərdən tamamilə fərqlənir. Qafazda tunc kəmərlər əsasən Azərbaycanda tapılıb. XIX əsrin sonlarından indiyə qədər Azərbaycan ərazisindən 80-dən çox tunc kəmər əldə edilmişdir. bunların çoxu, V.Belkin və A.A.İvanovskinin Gədəbəydən, E.Reslerin Xocalıdan tapdıqları tunc kəmərlər rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitaj, Almaniyanın Berlin Tarixə qədər və qədim tarix muzeylərində və başqa muzeylərdə qorunur. Azərbaycan muzeylərində XX əsrin 30-cu illərindən etibarən tapılmış tunc kəmərlər mövcuddur. Bu tunc kəmərlər Milli Azərbaycan Tarix Muzeyində, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspozisiya mərkəzində, Şirvanşahlar Dövlət Tarix qoruğunda, Gəncə şəhər tarix muzeyində və Naxçıvan Dövlət tarix muzeyində qorunur. Tunc kəmərlər tapılmış abidələr Azərbaycanın,eləcə də cənubi Qafqazın və nəhayət bəşəriyyətin nadir maddi mədəniyyət nümunələrindən olan Gədəbəyin qəbr abidələrindən qarət olunmuş bir çox tunc kəmərlər, II Dünya müharibəsindən sonra rus ordusu tərəfindən Berlin muzeyindən oğurlanmış və Rusiyaya gətirilərək muzeylərə paylanmışdır.

Cənubi Qafqaz ərazisində ilk dəfə tunc kəmər 1872-ci ildə F.Bayern tərəfindən Samtavrdan (Gürcüstan) 591№-li daş qutu qəbirdən tapılmışdır.

Fransız arxeoloqu Jak de Morqan təxminən 7 il ərzində 1880-1887-ci illərdə Azərbaycanın cənub bölgəsində və Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisindəki Şeytan-Tağı, Ağtala, Sadıxlı, Musayeri nekropollarında arxeoloji qazıntı işləri aparmış və qəbir abidələrindən digər materiallarla yanaşı bir neçə tunc kəmər əldə etmişdir. Azərbaycan ərazisində ilk dəfə tunc kəmərlər Gədəbəydən əldə edilmişdir.J.de Morgan. Mission scientifique au Caucase. Etudes archiolo¬qiques et historiques. T. I. Paris, 1889. 231p.

Almanların Gədəbəydə tikdiyi misəritmə zavodunda işləmiş, ixtisasca elektroliz mühəndisi olan V.Belk 1888-1891-ci illərdə Gədəbəydə Qalakənd, Böyük və Kiçik Qaramurad, Göydəyə, Qamışlı kəndlərində 274 ədəd daş qutu tipli qəbir açmış¬dır. O, Gədəbəydə arxeoloji qazıntıları Rudolf Virxovun təşəbbüsü və onun öz fondundan ayırdığı vəsait hesabına aparmışdır. Arxeoloji abidələrdən əldə edilmiş maddi mədəniyyət nümunələri Almaniyaya göndərilmiş və Berlin muzeylərinin Qafqaz eksponatlarını xeyli zənginləşdirmişdir. Tədqiq olunan qəbirlərdən 50-dən çox tunc kəmər aşkar edilmişdir. Bu tunc kəmərlərdən 14 ədədi saya, yəni üzərində heç bir təsvir olmayan, 19 ədədi üzərində həndəsi naxışlar həkk olunmuş, 9 ədədi üzəri heyvan, insan və müxtəlif naxışlar həkk olunmuş kəmərlərdir.

N.Qədirova Rusiya muzeylərindəki Qafqaz kolleksiyalarını araşdırmış və Rusiya Federasiyası Moskva Dövlət Tarix muzeyi və Sankt Peterburq Ermitaj Dövlət muzeyində saxlanılan Azərbaycandan və əsasəndə Gədəbəydən tapılmış tunc kəmərlərin yerini müəyyənləşdirərək onları kataloq halında çap etdirmişdir. Çox təəsüf ki tunc kəmərlər də daxil olmaqla Rusiya muzeylərində qorunan Qafqaz kolleksiyalarının saxlandığı apxivlər tədqiqatçıların üzünə bağlıdır. Bu tunc kəmərlərin sayı 12 ədəddir. + Rusiya Federasiyası Moskva Dövlət Tarix muzeyi və Sankt Peterburq Ermitaj Dövlət Muzeyində saxlanılan Azərbaycandan və Gədəbəydən tapılmış tunc kəmərlər Sıra № Inventar № Tapıldığı yer Saxlanıldığı yer Əlavə qeydlər 1 IIId 2763 Cənnət qalası,Qalakənd Moskva Dövlət Tarix Muzeyi Tuncdur. Uzunluğu-26 sm 2 III 2547c Gədəbəy, Göydəyə Ermitaj deposu 3 III 2544a Gədəbəy, Göydəyə Ermitaj deposu Berlin muzeyinin müharibə itgisidir. 4 III d 2598u3 Yeri naməlum Moskva Dövlət Tarix Muzeyi Tuncdur 5 IIId 2761 Qalakənd Ermitaj deposu Nəfis naxışlıdır, uzunluğu 93,5 sm, eni-13,5 sm 6 IIId 2619a Cənnət Qalası, Qalakənd Moskva Dövlət Tarix Muzeyi İki hissədən ibarətdir.Uzunluğu-7;13,5 sm, Eni 2,8 7 IIId 908 Yeri naməlum Ermitaj deposu Spiralvari naxışlıdır.Uzunluğu-88 sm Eni 12,5 sm 8 III 2548 Gədəbəy, Göydəyə Ermitaj deposu 9 IIId 2547c Gədəbəy, Göydəyə Ermitaj deposu 10 IIId 2456c Gədəbəy, Qamışlı Ermitaj deposu 11 IIId 2905 Yeri naməlum Moskva Dövlət Tarix Muzeyi Həndəsi naxışlıdır. Uzunluğu 23,7 sm, eni 11,8 sm 12 IIId 2907 Yeri naməlum Moskva Dövlət Tarix Muzeyi

Almaniya və Rusiya muzeylərindəki kataloqları araşdırarkən məlum oldu ki Berlin muzeyində qorunan Gədəbəydən 8 saylı qəbirdən tapılmış, inventar nömrəsi III d 2547c olan tunc kəmərlə Ermitaj deposunda qorunan tunc kəmərin göstəriciləri eynidir. Bütün bunlar onu göstərir ki bu kolleksiyalarin yenidən yerli və xarici mütəxəsisslərlə birgə işlənilməsinə ehtiyac vardır. N.Qədirova–Atəşi tunc kəmərlər tapılan qəbirlərin əksəriyyətini qadın qəbirləri hesab edir və bu qəbirlərin amazonlara aid olduğunu qeyd edir ki, bu da çox mübahisəli məsələdir.

Tunc kəmərlərin funksiyası və semantikası haqqında müxtəlif fikirlər mövcuddur. Tədqiqatçılar tunc kəmərlərin funksiyası haqqında fikir yürüdərkən, əsasən onların hərbi geyimin bir hissəsi olub, xəncər, silah saxlamaq üçün, eyni zamanda enli tunc kəmərlərin qarın boşluğunu zərbələrdən mühafizə etmək üçün istifadə edildiyini bildirmişlər. Nəzərə alsaq ki, enli tunc kəmərlər olduqca nazik tunc təbəqədən hazırlanmışdır, bu zaman iti bıçaq, xəncər və ya nizə ilə bu kəmərlərin deşilməsi çox asan olardı. Ensiz saya və həndəsi naxışlı tunc kəmərlər hərbi geyimin bir elementi olub, sıravi döyüşçülərə aid olmuş, eyni zamanda onlardan silah gəzdirmək üçün də istifadə olunmuşdur. Üzərində müxtəlif kompozisiyalar təsvir edilmiş enli tunc kəmərlər tayfa başçılarına və ya sərkərdələrə məxsus, xüsusi günlərdə taxılan dini məna kəsb edən, eyni zamanda hərbi mərasim geyiminin bir elementi olmuşdur.

Abşeronun son tunc-ilk dəmir dövrü abidələrini tədqiq edən Q.M.Aslanov 1963-cü ildə Şüvəlan və Mərdəkan qəsəbələrində yerləşən Ağdaş düzü II adlanan ərazidə apardığı arxeoloji qazıntılar zamanı 13 qəbir tədqiq etmişdir. Bunların içərisində 11 saylı qəbirdən üzəri təsvirli tunc kəmər aşkar olunmuşdur.

Bakı-Tibilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə əlaqədar olaraq kəmərin marşrutunda yerləşən Şəmkir rayonu əra-zisində 2003-cü ildə Zəyəmçay nekropolunda aparılmış arxeoloji qazıntılar zamanı N.Ə.Müseyibli tərəfindən 60 №-li dağılmış torpaq qəbirdən tunc kəmər tapılmışdır. Tunc kəmər xırda parçalardan ibarət olub üzəri sayadır, qıraqlarında onu dəri üzərinə tikmək üçün xırda deşikləri və kiçik ilgəyi vardır.Müseyibli N.Ə. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // Azərbaycan Arxeologiyası və Etnoqrafiyası 2004, № 2, s. 58-74

Gədəbəydən təsadüfən dağılmış qəbirdən əldə edilmiş üzəri təsvirli tunc kəmər 2012-ci ilin may ayında Gədəbəy ra-yon tarix diyarşünaslıq muzeyinə təhvil verilmişdir. Kəmər 2008-ci ildə Gədəbəy rayonunun ərazisində Yenikənd adlanan ərazidə (keçmiş adı Quldurlu) tikinti işləri apa-rılarkən dağıntıya məruz qalmış daş qutu tipli qəbirdən tapılmışdır.

Son illərin tədqiqatları göstərmişdir ki, Azərbaycan ərazsindən tapılmış bir neçə tunc kəmər vardır ki, onlar elmi dövriyyədən kənar qalmışdır. N.Qədirova ilk dəfə Berlin Erkən Və Qədim Tarix muzeyində Qraf fon Şveinitzin orijinal hesabatını və kolleksiyasını tədqiq etmiş, onun Dağlıq Daşkəsən tarixi abidələrində, Gəncəçay və ətraf bölgələrdə (konkret olaraq yer adları göstərilmir T.G) tədqiq etdiyi 28 qəbir abidəsinin hesabatını ilk dəfə olaraq azərbaycan dilinə təqrcümə edərək elmi dövrüyyəyə gətirmişdir.N.Qədirova-Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyaları (dərs vəsaiti) Bakı 2016. 449 s.N.Qədirova-Avropa muzeylərində Qafqaz arxeoloji kolleksiyaları (dərs vəsaiti) Bakı 2016. 449 s. Məlum olmuşdur ki, bu qəbirlərin üçündən 18, 21, və 23 saylı qəbirdən tunc kəmərlər aşkar olunmuşdur. Qalakənd Qalakənd — 6 №-li daş qutu qəbirdən uzunluğu 90 sm,eni 17 sm, üzərində naxış olan tunc kəmər tapılmışdır. V. Belk,əvvəl üç dəfə burulmaqla diyircəyə çevrilmiş əşyanın nə olduğunu müəyyənləşdirə bilməmiş, sonradan onun açılıb lövhə halına düşdüyünü gördükdə onun bədənin hər hansı bir hissəsi üçün nəzərdə tutulduğunu düşünmüşdür. Bu fakt onu göstərir ki,bu tapıntı V.Belkin Gədəbəyin daş qutu qəbirlərindən tapdığı ilk tunc kəmərdir.

Qalakənd — 17 №-li daş qutu qəbrin quruluşu və ölçüsü barədə V.Belk məlumat verməmişdir. Bu qəbirdən üzəri saya, bəzəksiz tunc kəmər tapılmışdır.

Qalakənd — 30 №-li qəbrin istiqaməti 45° şimal-şərqdən 45° cənub-qərbə,ölçüləri,uzunluğu 1,80 m, eni 1,40 m, dərinliyi 2,60 m olmuşdur. Qəbirdən iki insan skeleti aşkar olunmuşdur. Buradan tapılan tunc kəmər enli olub,üzəri təsvirsiz olub.

Cənnət qalası Cənnət qalası – 14 №-li daş qutu qəbrin istiqaməti 15° şimal-şərqdən 15° şimal-qərbədir. Qəbrin uzunluğu 1,60 m, eni 1,10 m, dərinliyi 1,40 m-dir. Qəbirdə iki insan dəfn olunmuş¬dur. V.Belk bu qəbirdən üzərində yüksək zövqlə quş və heyvan təsviri həkk edilmiş tunc kəmər tapıldığını qeyd edir.

Cənnət qalası – 25 №-li qəbirdən bir skelet, 4 saxsı qab, saya bəzəksiz tunc kəmər, ucları bir-birinə keç¬miş, üzəri kəsmə xətlərlə bəzədil¬miş tunc bilərzik tapılmışdır.

Cənnət qalası – 38 №-li qəbirdən üzərində spiralvarı naxış olan tunc kəmər, 6 ədəd saxsı qab, nizə ucluğu və 4 ədəd obsidian parçası tapılmışdır.

Cən¬nət qalası – 39 №-li qəbirdən spiralvarı naxışlarla bəzədilmiş tunc kəmərlə yanaşı 8 ədəd saxsı qab, tunc xəncər, tuncdan yastı üzük və s. tapılmışdır.

Cənnət qalası – 48 №-li qəbrin ölçüləri böyükdür. Onun uzunluğu 3,50 m, eni 1,60 m, dərinliyi 2,60 m-dir. Bu qəbirdən 6 sm enində, üzərində nöqtələr və ziqzaq təsvirlər olan tunc kəmər əldə edilmişdir. Qəbirdən 5 ədəd saxsı qab, xeyli sayda tunc silah, tunc xəncər, nizə ucluğu, dəstəkli iti uclu tunc boru, baltaya oxşar dəstəyi olan tunc qılınc, şəbəkəli bəzədilmiş qılınc dəstəyinin başlığı, həmçinin tunc bəzəklər, dingə, qalın bilərzik, qalxana bənzər 4 lövhə, tunc boyunbağı və s. əldə edilmişdir. Qamışlı

Qamışlı – 1 №-li qəbrin istiqaməti 40° şimal-qərbdən 40° cənub-şərqədir. Uzunluğu 2,10 m, eni 1,02 m, dərinliyi 2,40 m olan qəbirdən bir skelet aşkar olunmuşdur. Qəbirdən tunc kəmər, 8 ədəd saxsı qab və tunc xən¬cər əldə edilmişdir.

Qamışlı – 8 №-li qəbrin istiqaməti şərqdən-qərbə, ölçüləri, uzunluğu 1,80 m, eni 1,10 m, dərinliyi 2,10 m olan qəbirdən bir neçə insana məxsus skelet qalığı ilə yanaşı tunc kəmər, tunc xəncər və 8 ədəd saxsı qab tapılmışdır.