Elnur Əliyev () — Mədəniyyət nazirinin birinci müavini (2021–2022). İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri.

Həyatı Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib.

Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib.

2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub.

E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.

Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı E. Əliyevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.Mədəniyyət Nazirliyində kadr islahatları O, bu vəzifədə 2021-ci ilə qədər çalışıb

2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədridir.

Mədəniyyət nazirinin birinci müavini (07.09.2021–03.11.2022).

İngilis, rus, fransız dillərində danışır.

Evlidir, üç övladı var.

İstinadlar

Xarici keçidlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev | Tam Vaxtı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru: Beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq işini dəstəkləməyə çağırırıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il bir sıra layihələr həyata keçirəcək

Mənbə Elnur Əli Oğlu Əliyev

Kateqoriya:Azərbaycan Respublikasının mədəniyyət nazirlərinin müavinləri