– Yaponiya modeli və Yaponiya Lolita Assosiasiyasının prezidenti. Lolita dəbinin təmsilçilərindən biridir. Twin Planet şirkəti ilə əməkdaşlıq edir.

Misako 15 yaşında Tokionun Haracuku bölgəsində model kimi işləyərkən kəşf edilmişdir. "KERA" jurnalı üçün işləyərkən lolita dəbi ilə məşğul olmaq imkanına malik olmuşdur. Əvvəlcə lolita dəbinin böyük fanatı olmasa da, vaxt getdikcə lolita dəbinə olan marağı böyümüşdür. Tibb bacısı olmaq üçün Tokay Universitetinin Tibb Bacılığı və Texnologiya Kollecinə daxil olmuşdur. Vaxtını tibb bacısı kimi işləməklə və lolita dəbini tanıtmaqla keçirir. Onun fəaliyyətləri 2017-ci ildə Kansai TV-də yayımlanan "Yeddi qayda" verilişində işıqlandırılmışdır.

2009-cu ildə Yaponiyanın Xarici İşlər Nazirliyi Aokiyə "kavaii səfir" titulu vermişdir. Əvvəlcə o, bu tituldan istifadə etmək barədə utansa da, daha sonra bu titulundan lolita dəbini tanıtmaq üçün istifadə etməyə başlamışdır. Misako "kavaii" sözünü lolita dəbini təsvir etməkdə istifadə edir. Lolita dəbini təbliğ etmək üçün 2013-cü ildə prezidenti olduğu Yaponiya Lolita Assosiasiyası tərəfindən Fukuoka şəhərində Omula Gözəllik Moda Kolleci qurulmuşdur. Aoki 2014-cü ildə lolita dəbi barədə yaşadığı təcrübələrdən bəhs edən kitab nəşr etdirmişdir.

İstinadlar

Xarici keçidlər Rəsmi bloqu.

Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Tibb bacıları Kateqoriya:Lolita dəbi