Kristofer Teylor () — ABŞ kompüter, stolüstü və kart oyunu istehsalçısı.

Həyatı Kristofer Teylor ABŞ-nin Cənubi Kaliforniya bölgəsində anadan olmuşdur. O, "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" epizodunun baş dizayneri rolu ilə tanınır. Teylor burada Tim Keyn, Leonard Boyarski və Ceyson Anderson ilə birlikdə çalışmışdır. "Interplay"də olarkən Teylor "Star Trek: Starfleet Command", "Stonekeep" və "Fallout 2" videooyunlarının dizaynına töhfə vermişdir. O həmçinin, "The Lord of the Rings Online" videooyununun prodüseri olaraq da çalışmışdır.

2005-ci ildə Teylor və digər iki "Fallout" dizayneri (Tom Deker və Skott Everts) stolüstü oyun və kart oyunu istehsalına yönəlmiş "Zero Radius Games" şirkətini təsis etmişdir. 22 sentyabr 2008-ci ildə "Interplay"in saytında Teylorun şirkətə yenidən qoşulduğu və "Fallout Online" üzərində çalışacağı açıqlanmışdır. Buna baxmayaraq, seriyanın yeni sahibi olan "Bethesda" hüquqi yollarla layihənin ləğv edilməsinə nail olmuşdur.

Teylor 2016-cı ildə satışa çıxarılan "Pillars of Eternity" əsasında yaradılmış "Pillars of Eternity: Lords of the Eastern Reach" stolüstü oyununun dizayneri idi.

İstinadlar

Xarici keçidlər Zero Radius Games

Christopher Taylor on BoardGameGeek Nemo's War (2nd Edition) on Victory Point Games

Kateqoriya:ABŞ videooyun dizaynerləri Kateqoriya:Interplay Entertainment Kateqoriya:Fallout üzərində işləyənlər Kateqoriya:Yaşayan insanlar