Ho Yon Çon (; ) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir.
2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir.
Şəxsi həyatı Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur. 2016-cı ildən aktyor Li Don Hvi ilə münasibətdədir.
Karyerası Çon karyerasının ilk dövrlərindəki qırmızı saçları və "ehtiraslı" şəxsiyyəti ilə tanınırdı. Modelliyə 16 yaşında başlamışdır. Seul Dəb Həftəsində agenti olmadan model kimi iştirak etmiş və ESteem Models ilə müqavilə imzalayana qədər özünü inkişaf etdirmişdir. "Koreyanın növbəti top modeli" şousuna qatılaraq 2-ci yeri tutmuşdur. Bu uğurundan sonra "Vogue Girl Korea", "Nylon Kore" və "ELLE Wedding" kimi jurnallarda görünmüşdür. Bundan əlavə, Şin Hyo-ci və Hvan Hyon-cu ilə birlikdə "First Look Korea" jurnalında yer almışdır.
2016-cı ildə Louis Vuitton brendi ilə beynəlxalq debütünü etmişdir. Həmin mövsüm Marc Jacobs, Fendi, Max Mara, Alberta Ferretti və Rag & Bone brendləri üçün podiuma çıxmışdır. Çon karyerası ərzində Jeremy Scott, Tory Burch, Topshop Unique, Lanvin, Dolce & Gabbana, Missoni, Bottega Veneta, Emilio Pucci, Chanel, Miu Miu, Giambattista Valli, Prabal Gurung, Jason Wu, H&M, Jacquemus, Burberry, Acne Studios, Roberto Cavalli, Diesel Black Gold, Versus (Versace), Narciso Rodriguez, Paco Rabanne, Schiaparelli, DSquared2, Blumarine, Dundas, Zadig & Voltaire, Tod's, Etro və Gabriela Hearst brendləri üçün modellik etmişdir.
Sephora, Chanel, Gap, Hermès və Louis Vuitton brendlərinin reklamlarında iştirak etmişdir. Louis Vuitton brendinin qlobal səfirini kimi brendin saatları və zinət əşyaları üçün də modellik edir.
Çon "Vogue Japan", "Vogue Korea", "W Korea" və "Harper's Bazaar Korea" dəb jurnallarının üzlüklərində görünmüşdür. Həmçinin "Vogue", "British Vogue", "Dazed", "Love", "CR Fashion Book", "Into the Gloss" jurnallarının baş məqalələrində yer almışdır.
2017-ci ildə Models.com saytı tərəfindən "Top yeni model" və "İlin modeli" nominasiyalarına seçilmişdir.
13 yanvar 2020-ci ildə Saram Entertainment ilə aktrisa kimi müqavilə imzalamışdır. 2021-ci ildə Netflix tərəfindən çəkilən "Kalmar oyunu" serialında əsas personajlardan birini canlandırmış və aktrisa kimi debüt etmişdir.
4 oktyabr 2021-ci ildə 13 milyon izləyici ilə Instagram-da ən çox izləyicisi olan koreyalı aktrisa olmuşdur.
Filmoqrafiya
Musiqi videoları İl Mahnı adı Sənətçi Uzunluq İst. 2013 "Going Crazy" Li Hyori 3:44 2014 "Beat" 100% 3:50 "Move" Kim Yon-vu 4:09 2019 "The CHANEL Pharrell Collection" Farel Vilyams 3:20 2019 "Taste of Acid" Hot Potato 4:12
Televiziya İl Adı Rol Şəbəkə İst.2021 "Kalmar oyunu" Kang Sae-byeok Netflix
Qeydlər
İstinadlar
Xarici keçidlər Saram Entertainment profili
Kateqoriya:Cənubi Koreya aktrisaları Kateqoriya:Cənubi Koreya fotomodelləri Kateqoriya:Elite Model Management modelləri Kateqoriya:The Society Management modelləri