Serder Mukayloviç Serderov () — yarımmüdafiyəçi mövqeyində çıxış edən Rusiya futbolçusu. “Dinamo Mahaçqala” klubunda çıxış edir.

Klub karyerası Serder ilk dəfə futbolla Mahçaqalanın doğma RSDYŞOR-2 komandasında məşğul olmağa başlamış. Onun ilk məşqçisi Qamal Babayev olmuşdur. Daha sonra "Anji"nin uşaq komandasında oynamışdır.

Pyatiqorskidə keçirilən yeniyetmələrin turnirində Serderova MOİK nümayəndələri diqqət yetirmiş və daha sonra komandaya dəvət etmişlər. 15 yaşında komandanın əvəzedici heyətində məşqlərə dəvət olunur. 2010-cu ildə isə Rusiyanın gənclər çempionatında debüt edir. 11 martda Serder «Amkar»la olan oyunun 74-cü dəqiqəsində oyuna çıxımış, ancaq bu komandanın məğlubiyyətdən qurtarmasına kömək ola bilməmişdir. Sezon yekununda gənc ordu klubu turnir cədvəlində 14-cü yerlə kifayətlənmişdir.

2011-ci ilin iyun ayında MOİK rəshbərliyinə Yuventus FK-dan rəsmi transfer təklifi gəlmiş, ancaq Serder buna etiraz etmişdir.

22 noyabr 2011-ci ildə Çempionlar Liqasının qrup oyunlarında moskva klubunun əsas heyətində fransanın Lill klubuna qarşı ilk debüt oyununa çıxmışdır. Serdar oyunun sonuna yaxın meydana daxil olmuşdur.

2012-ci ilin 10 iyulunda Serder Serderov rəsmən mahaçqalanın Anji klubuna transfer olundu.

1 sentyabr 2012-ci ildə keçirilən gənclərin turnirində Krılya Sovetov komandasına qarşı poker etmişdir.

Anjinin əsas heyətində 2012-ci ilin 27 sentyabrında debüt etdi. Rusiya Kuboku çərçivəsində keçirilən turnirdə Ural komandasına qarşı oynadı. 103-cü dəqiqədə meydana daxil olan Serder oyun sonrası 11 metrlik zərbələrdə qolla yadda qalmış. Yekunda komandası növbəti mərhələyə keçmişdir. 31 oktyabr 2012-ci ildə Rusiya Kubokunun 1/8 final oyununda Krılya Sovetov komandasına qarşı 79-cu dəqiqədə meydana daxil olmuşdur. 87-ci dəqiqədə Serder qol vuraraq komandasına qələbə qazandırmışdır. Premer liqada ilk debütü 18 noyabr 2012-ci ildə baş tutmuşdur. Rostov komandasına qarşı 80-cı dəqiqədə meydana daxil olmuşdurАнжи 0:0 Ростов.

İstinadlar

Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:İstra 1961 FK futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:Legioner Rusiya futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:Polşada legioner futbolçular Kateqoriya:Macarıstanda legioner futbolçular Kateqoriya:Bolqarıstanda legioner futbolçular Kateqoriya:Futbol hücumçuları