Şandor Endrodi (Macar dili: Endrődi Sándor) (16 yanvar 1850, Vesprem - 7 noyabr 1920, Budapeşt) - macar şairi
1850-ci ildə Macarıstanın qədim Vesprem şəhərində anadan olub. O, müxtəlif sahələrdə - aktyor, müəllim, jurnalist, tərcüməçi kimi fəaliyyət göstərib. Macarıstanın məşhur şairi Şandor Petefinin yaradıcılığının vurğunu olan və onun adını daşıyan cəmiyyətin yaradıcısı Şandor Endrodinin vəfatından sonra yaşadığı şəhərdəki küçələrdən birinə onun adı verilib. Şair 1920-ci ildə Budapeştdə vəfat edib.
Kateqoriya:1850-ci ildə doğulanlar Kateqoriya:1920-ci ildə vəfat edənlər Kateqoriya:Macarıstan şairləri