– Avstriya-Yaponiya modeli, tarentosu və aktrisası.
İlk illəri Reyna 23 yanvar 1992-ci ildə Avstriyanın Vyana şəhərində doğulmuşdur. Anası yapon, atası avstriyalıdır. adlı balaca bacısı var. Atasının iş yeri ilə əlaqədar olaraq tez-tez köçməli olub, Fransa və ABŞda yaşayıb. Lakin liseyin birinci sinfindən etibarən Yaponiyanın Tokio şəhərində yaşamağa başlayıb. Reyna Beynəlxalq Xristian Universitetinin liseyindən məzun olduqdan sonra Keyo Universitetinə daxil olub. Lakin karyerası ilə əlaqədar olaraq 2015-ci ilin sentyabrına qədər universitetdən məzun ola bilməyib.
Karyerası Reyna liseyin ikinci sinfində oxuyan zaman Platinum Production tərəfindən kəşf edilmiş və modellik etməyə başlamışdır. "JJ" və "Vivi" jurnallarının ekslüsiv modeli olduqdan sonra "With" jurnalının ekslüsiv modeli olmağa qərar vermişdir.
2011-ci ildə Rocketman tərəfindən ifa olunan "Love Disco" mahnısı ilə müğənni kimi debüt etmişdir.
2012-ci ildə "Qara müəllimə" serialında çıxış edərək aktrisa kimi debüt etmişdir. 11 yanvar 2013-cü ildə başlayan "Terras evi: Oğlanlar qızlara qarşı qonşu qapıda" verilişinin 2-ci mövsümündən etibarən verilişin studiya şərhçisi kimi çıxış etmişdir. Franşizinin hər bir verilişində şərhçiliyə davam etmişdir.
2015-ci ildə "Qaçdı-tutdu" qorxu filmində baş rolda oynamışdır. Filmdəki performansı Kanadada baş tutmuş XIX Fantaziya Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Rəsmi bloqu — Ameba
Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Yaponiya fotomodelləri