Avlipi Zurabaşvili (; ) — görkəmli gürcü psixiatrı və neyromorfoloq idi. Tibb elmləri doktoru (1937), professor (1942), Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü (1955), SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü (1960)Babunashvili Z., Nozadze T., 1994. Patriots’ afterlife, Didube Pantheon, Tbilisi, p. 158 (In Georgian). Tibbi elmlərin ontogenezini araşdıran ilk tədqiqatçılardan biridir.

Bioqrafiyası Avlipi Zurabaşvili 15 fevral 1902-ci ildə Gürcüstanın Signagi bölgəsindəki Bodbisxevi kəndində anadan olmuşdur. 1920-ci ildə Tiflis Texnikumunu, 1927-ci ildə Tiflis Dövlət Universitetinin tibb fakültəsini bitirib. 1927–1930-cu illərdə eyni universitetin psixiatriya kafedrasında stajçı, sonra isə assistant kimi çalışdı. 1930–1938-ci illərdə Zurabaşvili aspirant, sonra Fiziologiya İnstitutunda baş elmi işçi idi.Georgian Soviet Encyclopedia, Volume 4, p. 544, Tbilisi, 1979. Zurabaşvili beynin incə quruluşu, sinir hüceyrələrinin zədələnməsinin geri çevrilməsi, beynəlxalq səviyyədə tanınan patopsixologiya, personologiya və patopersonologiya ilə bağlı fundamental tədqiqatların müəllifidir. Bu ölkədə və xaricdə geniş tanınan gürcü psixiatrlar məktəbinin qurucusudur. Zurabaşvili gürcü, rus, fransız, ingilis, alman, italyan və digər dillərdə nəşr olunan 22 tədqiqatı, o cümlədən 22 monoqrafiyanı tamamladı. Onun çoxlu tələbələri arasında 80 namizəd və 40 elmlər doktoru, professor və elmlər akademiyasının üzvləri var.Baghaturia N., Duduchava I., (1984). Avlipi Zurabashvili. Bibliography. Tbilisi, pp. 5–146.Great Medical Encyclopedia, 3rd edition (1978). Ed. Petrovsky B. V. Volume 8. Vurğulamaq lazımdır ki, Zurabaşvili neyromorfologiyada "sinaptoarxitektonikika" və "patosinaptoarxitektonikika" adlı xüsusi bir tədqiqat sahəsinin təşəbbüskarıdır və 1947-ci ildə ilk dəfə ümumiləşdirici bir araşdırma nəşr etmişdir: "Sinapslar".

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Gürcüstan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları