Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya.
1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır.
Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur.
Tarixi
Sələfi
Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.
Quruluşu 27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının VIII Qurultayı keçirilmişdir. Qurultayda başqanlığa 3 namizəd — Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı olmuşdur. Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı bu seçkidə 19 səs, partiya daxili müxalif qanaddan Qubad İbadoğlu 200 və partiya rəhbərliyinin namizədi Arif Hacılı isə 228 səs almışdır.
Qurultaydan sonra Tural Abbaslı 2 il Müsavat Partiyasında faəliyyət göstərmişdir. 2015-ci il parlament seçkilərində 8 nəfər Tural Abbaslı liderliyində Ağ Blok adlı seçki bloku təsis edərək seçkilərə qatılmışdır. Onlardan 4-ü rəsmi olaraq namizəd kimi qeydiyyata alınmışdır. Daha sonra bu blokun partiyalaşması düşünülsə də, qeydiyyat prosesinin çətinliyi nəzərə alınaraq gerçəkləşdirilmədi. Bunun əvəzinə, Tural Abbaslı 2016-cı ildə isə Müsavat Partiyasından istefa verərək dövlət qeydiyyatında olan Vahid Azərbaycan Partiyasına üzv olmuşdur. 26 iyun 2016 tarixində partiya qurultayı keçirilmiş və qurultayda Vahid Azərbaycan Partiyasının adı Ağ Partiya olaraq dəyişdirilmiş, Tural Abbaslı isə partiyanın sədri seçilmişdir.
7 may 2020-ci ildə Ağ Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək partiya "Ağ Partiyası" adı ilə yenidən dövlət qeydiyyatına alınmışdır.
4 sentyabr 2023-cü ildə Ağ Partiya Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənərək yenidən dövlət qeydiyyatına alınmışdır.
İdeologiyası Ağ Partiyasının doktorinası "Milli nizam" ideologiyasıdır. Ağ Partiyası "yeni osmançılıq" siyasətinin türk-islam coğrafiyasında təbliğinin, yayılmasının və inkişafının tərəfdarıdır. Osmanlı-Səfəvi reallığının birləşdirilməsi ilə "milli barışığa" nail olmaq Ağ Partiyanın məqsədlərindəndir.
Ağ Partiyasının konsepsiyasınan sitat:
Loqosu Ağ Partiyanın loqosu türk kimliyinin və ümmət bilincinin ifadəsidir. Loqodakı " tamğalar" Azərbaycan dövlətçiliyinin ehtişamı olan Avşar boyunun və milli mirasımızın ifadəsidir. Burada Azərbaycan dövlətçilik tarixi bir nümunədə ümumən ifadə edilir. Loqo mərkəzindəki lalə türk islam dünyasının cahanşümul ifadəsi olan Osmanlı dövlətini ifadə edir. Loqodakı tamğa arası nöqtələr birləşdirici amildir. Loqo tamamında milli kimliyimizi qoruyan bir qalxanın simvoludur.
Seçkilərdə Ağ Partiya yeni adı ilə qeydiyyata alındıqdan sonra seçkilər keçirilmədiyi üçün rəsmi olaraq indiyədək seçkilərə Vahid Azərbaycan Partiyası adı ilə qatılmışdır.
Parlament seçkiləri Partiya 2020-ci il parlament seçkilərində 12 namizəd ilə iştirak etmiş, lakin heç biri parlamentə düşməmişdir. Partiyanın seçkilərdə iştirak etdiyi 2 seçki dairəsinin nəticələri ləğv edilmişdir. SeçkiSədrMajoritarSəs%Mandat2024 100pxTural Abbaslı
Bələdiyyə seçkiləri Partiya 2019-cu il bələdiyyə seçkilərində 1 namizəd ilə iştirak etmişdir.
Təşkilat
Rəhbərlik BaşqanVəzifə BaşlangıcıVəzifə Bitişi1.100px Tural Abbaslı26 iyun 2016Hal-hazırda
İdarə Heyəti Sıraİdarə HeyətiVəzifəsi1.Tural AbbaslıPartiya sədri2.Nərmin Abbaslıİdarə Heyəti üzvü3.Əhəd MəmmədliPartiya sədrinin birinci müavini4.Rüfət HacıbəyliPartiya sədrinin müavini5.Məmmədli KamranPartiya sədrinin müavini6.Cavid HacıbəyliPartiya sədrinin müavini7.Cavanşir AbbaslıPartiya sədrinin müavini8.Əhmədzadə RəhimPartiya sədrinin müavini9.Azər HüseynovPartiya sədrinin müşaviri10.Bəhram SadıqovPartiya sədrinin müşaviri11.Səddam NəcəfovPartiya sədrinin müşaviri12.Toğrul Abbasovİdarə Heyəti üzvü13.Şamil Beydullayevİdarə Heyəti üzvü14.Vüsal Əliyevİdarə Heyəti üzvü15.Ariz Zeynalovİdarə Heyəti üzvü16.Vüsal Quliyevİdarə Heyəti üzvü
İstinadlar
Xarici keçidlər Ağ Partiyasının rəsmi veb saytı Ağ Partiyasının rəsmi Facebook səhifəsi Ağ Media rəsmi YouTube səhifəsi Ağ Medianın rəsmi veb saytı
Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:Azərbaycandakı mühafizəkar partiyalar Kateqoriya:Azərbaycandakı islamçı partiyalar