Misir tanrıları () — Misir mifologiyası əsasında Aleks Proyasın rejissor olduğu fantastik macəra filmi. Film Dünyanı və sevgilisini Setdən qurtarmaq üçün ölümlü bir oğruyla müttəfiq olan Misir tanrısı Horusdan bəhs edir."Misir Tanrıları | Rəsmi Film Saytı | Hekayə" . godsofegypt.film
Rollarda
Nikolay Koster-Valdau — Misirdə hava tanrısı, İsida və Osirisin oğlu Horus Brenton Tveytz — Horusla müttəfik olan gənc oğru Bek Çedvik Bouzman — Misirin müdriklik tanrısı Tot Elodi Yunq — Misirin məhəbbət ilahəsi, Horusun sevgilisi Hator Kortni İton — Bekin sevgilisi Zaya Cerard Batler — Misirin səhra tanrısı, Osirisin qardaşı Set Ceffri Raş — Misirin günəş tanrısı Osiris və Setin atası Ra Brayan Braun — Misirin axirət tanrısı, Misir kralı və Horusun atası Osiris Rufus Syuell — Setin ölümlü müavini və memarı Urşu Reyçel Bleyk — Osirisin həyat yoldaşı İsis Emma But — İsisin bacısı və Setin həyat yoldaşı Neftida Əlavə olaraq Lindsat Farrus filmdə hadisələri nəql edən yaşlı Bek obrazını səsləndirir. Yaya Denq və Abbey Lee Setə sadiq olan və nəhəng, od püskürən kobralara minən müharibə ilahələri Astarta və Anat rollarında çıxış edirlər. Qoran D. Kleut Anubisi səsləndirir. Aleksandr Enqland Set üçün çalışan və insan cildinə girə bilən Misir minotavrlarının lideri Mnevisi səsləndirir. Kennet Rasom isə Setin piramidasının girişini qoruyan və tapmacalar söyləyən Sfinksi səsləndirir.
Aktyor Nikolay Koster-Valdau 2013-cü ilin iyununda filmin aktyor heyətinə daxil edildi. Cerard Batler, Cefri Raş və Brenton Tveytz 2013-cü ilin sonlarına doğru aktyor heyətinə qoşuldular. Çedvik Bouzman və Elodi Yunq isə 2014-cü ilin əvvəlində aktyor heyətinə daxil oldular.
Marketinq Lionsqeyt Films filmin marketinqinə təxminən 30 milyon ABŞ dolları xərcləmişdir. Şirkət 2015-ci ilin noyabrında filmin personajlarının təsvir olunduğu bir sıra posterlər yayımlamışdır. Lakin yuxarıda qeyd edildiyi kimi Misir personajlarını ağdərili aktyorların canlandırması səbəbindən bu posterlər tənqidlərə məruz qalmışdır. Həmin ayın sonlarında filmin kinoteatr nümayişi üçün treyleri yayımlanmışdı. Lionsqeyt 7 fevral 2016-cı ildə "Super Bowl 50" yarışından əvvəl yayımlanan proqram zamanı "Misir tanrıları" filminin 60 saniyəlik reklam çarxını nümayiş etdirmişdir. Bununla belə, reklam çarxı bir gün əvvəl internetdə yayımlanmışdı.
Filmin nümayişinə bir həftə qalmış Lionsqeyt onun əsasında hazırlanmış "Misir tanrıları: İtmiş krallığın sirləri" (Gods of Egypt: Secrets of the Lost Kingdom) adlı mobil oyunu İOS və android platformaları üçün istifadəyə vermişdir.
Mükafatlar MükafatKateqoriyaNamizədNəticə6-cı AACTA MükafatlarıƏn yaxşı orijinal musiqi partiturasıMarko BeltramiƏn yaxşı səsUeyn Peşli, Piter Qreys, Derrin Paskvill, Fabian Sanxurxo Qreq P.Fitscerald və Piter PersellƏn yaxşı kostyum dizaynıLiz PalmerƏn yaxşı vizual effektlər və ya animasiyaErik Dörst, Cek Qayst, Endryu Hellen, Ceyms Uitləm və Culian DimsayƏn yaxşı saç düzümü və makiyajLesli Vondervalt, Lara Cey Birç və Adam YohansenQızıl Moruq MükafatlarıƏn pis filmAleks Proyas və Basil İvanikƏn pis rejissorAleks ProyasƏn pis aktyorCerard BatlerƏn pis ekran duetiİstənilən iki Misir tanrısı və ya ölümlü insanƏn pis ssenariMett Sazama və Börk ŞarplessHyuston Film Tənqidçiləri CəmiyyətiƏn pis filmBasil İvanik və Aleks Proyas
İstinadlar
Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:IMAX filmləri Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:Thunder Road Films filmləri Kateqoriya:Misir mifologiyasına əsaslanan filmlər Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri
Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin döyüş macəra filmləri Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:Bəstəkar Marko Beltraminin filmləri Kateqoriya:Bezil İvanikin prodüseri olduğu filmlər Kateqoriya:2010-cu illərin fentezi filmləri Kateqoriya:Avstraliya filmləri Kateqoriya:Avstraliyanın döyüş filmləri Kateqoriya:Avstraliyanın fantastika filmləri Kateqoriya:Epik filmlər Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:Antropomorf personajları olan filmlər Kateqoriya:Qisas haqqında filmlər