Avar Musiqili Dram Teatrı (avar. ЦӀадаса ХӀамзатил цӀаралда бугеб музыкалиябгун-драмаялъул Авар театр) — Həmzət Tsadasa adını daşıyan dövlət teatrı; Mahaçqala şəhərində yerləşən teatr; Teatr binası dövlət tərəfindən Rusiyanın regional əhəmiyyətli mədəni irsi obyekti kimi qorunur. Puşkin küçəsi 1 ünvanında yerləşir.Avar Musiqili Dram Teatrının rəsmi veb saytı - авартеатр.рф
Teatrın tarixi
İlk addımları 1935-ci ildə Dağıstan MSSR-in Xunzax rayonunun Xunzax kəndində əsası qoyulub. Teatrın yaradılmasının əsas təşəbbüsçüsü A.Maqayev olub, teatrın ilk rəhbəri və rejissoru P.Şiyanovski, A.Artemov olmuşdur.
1943-cü ildə teatr Buynaksk şəhərinə köçürüldü. 1951-ci ildə bu teatra Dağıstanın xalq şairi H.Tsadasanın adı verildi.
1960-cı ildə Rəsul Həmzətov Moskvada "Горянка" əsəri ilə Dağıstan dekadasında iştirak etdi. 1961-ci ildə Musiqili-Dram teatrı yaradıldı.
1968-ci ildə teatr Mahaçqalaya köçürüldü.
Müxtəlif vaxtlarda kollektivə rəhbərlik edənlər
rejissorlar: V.Çaparidze, V.Barukayev, E.Aslanov və b. tamaşaları hazırlayanlar: А.Arxangelski, D.Davıdov, A.Osipenko rolları ifa edənlər: Zeynəb Nəbiyeva, M.Əbdülxaliqov, Ö.Xirzoyeva, A.Qurbanova, A.Qurbanova, B.İnusilov, A.Mamayev, S.Məcidova, А.Maxayev, М-R. Baqdulov, İ.-Q.Takiyev.
Teatra rəhbərlik edən direktorlar SAAFəaliyyət illəriMаqаyev A.M.1935-1938-ci illərMikayılov Ş.M.1943-1944-cü illərHəmzətov M.Q.1952-1958-ci illərMaqomedov A.M. 1958-1964-cü illərBatırov M.M.1964-1969-cu illərQaidbekova M. Q.1969-1975-ci illərHüseynov А. N.1975-1978-ci illərAbdulxalikov M.A.1978-1982-ci illərHacıyev X. P.1982-2009-cu illərHacıyev M. X.2009-2013-cü illər Hər il Kaspiysk, Qızılyurd, Buynanksk, Xasavyurt və respublikanın 18 rayonuna qastrol səfərləri təşkil edirlər.
Mükafatları
Həmzət Tsadasa adına Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. RSFSR Mədəniyyət Nazirliyinin diplomları ilə təltif edilib. "Rusiyanın Milli dəyəri -2010" fəxri statusu və diplomu ilə təltif edilib.Teatr haqqında - авартеатр.рф
Repertuarı
«Qadınlara məhəbbətlə!» «Beynəlxalq ana dili günü» «Tərbiyə dərsləri» (müəllif — M.İsayeva). «Mənim günahım nədədir?» (müəllif — B. Turay). «Yeganə varis» (müəllif — Jan Fransua Renyar). «Arşın mal alan» «Əcdadlarımızın ocağında» «Kürəkən» və b.
İstinadlar