Hoppana hoppan — qədim uşaq oyunu.

Təsvir Uşaqlar çöpatma və ya sayma qaydası ilə oyun başçısı seçirlər. Başçı uşaqları iki dəstəyə ayırır. Sağdakı uşaqlardan birinə bir şey uzadıb deyir: — Al bunu! Soldakı uşaqlardan biri soruşur: — O nədir? Sağdakı uşaqlardan biri deyir: — Hoppana hoppandı. Kim hoppana hoppan deyə bilməsə, hoppa hoppa, ver yoldaşına, hoppana hoppan eləsin. Bu sözləri desin. Yuxarıdakı sözləri uşaqlar dövrə vurub bir-bir deyir, başçının yanına yüyürürlər. Başçının yanına çatınca hər kəs həmin sözləri söyləyə bilməsə, hərə ona bir lopux vurur.

Mənbə '''Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.93.

Kateqoriya:Uşaq oyunları